Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunlar DƏYİŞDİRİLİR
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı bir sıra qanunlar dəyişir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilie.
Mövcud qanunvericiliyə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib. Lakin, Ailə Məcəlləsində, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir anlayışdan istifadə olunur.
Təklif olunan dəyişikliklərə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı ismin müvafiq hallarında “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit edilir.
Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunmuş zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















