Valideyn himayəsindən məhrum şəxslər müavinətlərini ala bilmirlər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlara məzun olarkən ödənilməli 2 600 manat birdəfəlik müavinəti bəzi uşaqlar ala bilmirlər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bəzilərinin qısa müddət ərzində bu pulu aldıqları deyilsə də, böyük əksəriyyət aylardır sənəd təqdim etmələrinə baxmayaraq, nəticəsi olmayıb.
Onlardan biri də internat məktəbinin məzunu olmuş fiziki məhdudiyyətli Ruhlan Əsədovdur.
Ruhlan Əsədov sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 2011-ci il məzunudur. O, valideyn himayəsindən məhrum olmuş və valideynini itirmiş uşaq evi məzunları üçün təyin olunan birdəfəlik 2 600 manat müavinəti ala bilməməsindən şikayətçidir.
R.Əsədov deyir ki, həmin pulu 15 gün içərisində alan məzunlar var, amma hələ də ala bilməyənlər çoxluq təşkil edir. O da vurğulandı ki, pulu alanlar müxtəlif illərin məzunlarıdır.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, bu ödənişlər onların balansında deyil.
Elm və Təhsil Nazirliyindən isə bildiriblər ki, 1 aprel 2025-ci il tarixindən sonra müvafiq təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2 600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək.
Ətraflı süjetdə:
Valideyn himayəsindən məhrum şəxslər müavinətlərini ala bilmirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Aprel 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















