Icma.az
close
up
RU
Valideynlər bu məktəb və universitetləri məhkəməyə verə bilər SƏBƏB

Valideynlər bu məktəb və universitetləri məhkəməyə verə bilər SƏBƏB

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Təhsil haqqında Azərbaycan Respublikasının qanununun 42-ci maddəsi “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” haqqındadır. Keyfiyyətsiz təhsilə görə valideyn məhkəməyə müraciət edə bilər. Mən hələ elə bir hala rast gəlməmişəm ki, belə hadisə baş versin. Keyfiyyətsiz təhsilin nədən ibarət olduğunu cəmiyyət bilməli və öz hüquqlarını tələb etməlidir”.

Bakupost.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib.

O bildirib ki, Azərbaycan universitetlərində çox az sayda tanınan alimlər var ki, bu da təhsilin keyfiyyətinə ciddi təsir edir:

“Hər bir universitetin potensialı onun alim korpusu ilə müəyyənləşir. Son dövrlər xeyli sayda dissertasiyalar ləğv olunur, çoxunun plagiat olduğu ortaya çıxır. Əksər dissertasiyaları başqaları yazır, yəni işi dissertantın özü yox, başqaları hazırlayır. Belə olan halda hansı alim korpusundan danışmaq olar?

Bəzi ali məktəblər fəxrlə deyir ki, beynəlxalq reytinqdə 800–1000 arasında yerləşir. Bəli, inkişaf edən universitetlər var. Ancaq bu, hansı reytinqdir və həmin reytinqlər nəyə xidmət göstərir? Hər universitetdə üst-üstə üç tanınmış alim yoxdur. Universitetlərdə alim korpusu böyük rol oynayır. Deyirlər ki, Amerika universitetləri əksər reytinqlərdə öndədir, çünki orada Nobel mükafatçıları işləyir – bu da reytinq deməkdir. Amma bizdə universitetlərdə çox az sayda. Bu isə təhsilin keyfiyyətinə ciddi təsir edir. Laboratoriyalar ötən əsrin 70–80-ci illərindən qalan avadanlıqlardır.

Universitetlər son 20 ildir ki, kitab almır. Alanlar var, amma əksər hallarda almırlar. Universitetlər yenilənmir. Bəzən tələbələr görür ki, müəllim onlardan az bilir, yəni tələbə müəllimdən daha savadlıdır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri