Icma.az
close
up
RU
VALİDEYNLƏR, DİQQƏT! Bu uşaqlar narkoman olmağa real namizəddir

VALİDEYNLƏR, DİQQƏT! Bu uşaqlar narkoman olmağa real namizəddir

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər narkotik istifadəçilərinin sayı getdikcə artır. Təəssüf ki, bu təhlükəli vərdişə daha çox gənclər və yeniyetmələr meyil göstərirlər. Psixoloqlar hesab edirlər ki, narkotik asılılığına düşənlərin çoxu uşaqlıqdan müəyyən psixoloji və sosial problemlərlə üzləşib. Riskli qrupdan olan uşaqları vaxtında görməmək, gələcəkdə onların narkoman olma ehtimalını yüksəldir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, bu gün narkomaniyanın artıq yaşı yoxdur:

“Bu gün təəssüfləndirici hal ondan ibarətdir ki, maddə asılılığının – yəni narkomaniyanın yaşı yoxdur. Artıq uşaqlarda da bu halları müşahidə etmək olur. Media və sosial platformalarda tez-tez belə xəbərlərlə rastlaşırıq. Ailənin hər hansı bir üzvündə asılılıq faktoru olduqda, həmin uşaqlar risk qrupuna aid edilirlər. Çünki bütün tibbi xəstəliklər kimi, psixoloji xəstəliklərdə də genetik faktorların rolu var. Bu məsələ mübahisə və müzakirə mövzusu olsa da, həmin hal klinik müsahibələr zamanı nəzərə alınır.  pizza

Valideynlər övladında baş verən riskli əlamətləri asanlıqla müşahidə edə bilərlər. Əgər uşaqda pedaqoji baxım yoxdursa, akademik göstəriciləri aşağı düşübsə, eyni zamanda psixoloji halında nizamsızlıq varsa, o zaman valideyn həmin halları nəzərə alaraq şübhə duymalıdır. Belə olan halda dərhal uşağın psixi sağlamlığını nəzərə alaraq müəyyən addımlar atmaq lazımdır. Ailələrdə cütlüklərarası münasibətlər tənzimlənmirsə, davamlı olaraq münaqişə faktorları varsa, biz həmin uşaqları risk qrupunda görürük. Adətən maddə asılılığından əziyyət çəkən uşaqlar və ya gənclər hər zaman ailədə ata və ananın davamlı olaraq münaqişə etdiyini görürlər. Biz psixoterapiya seanslarında da bu kimi hallarla rastlaşırıq”.

Psixoloq əlavə edib ki, rəqəmsal dövrdə uşaqların qorunması da xüsusi əhəmiyyət daşıyır:

“Artıq rəqəmsal dünyadır və informasiyanın sərhədi yoxdur. Bu halda istənilən hər şey evimizin və əlimizin içində olur. Ona görə də uşaqlara ağıllı telefonlar verildikdə belə, onların parametrlərini doğru müəyyənləşdirmək lazımdır. Hər şeyi öz yaşına uyğun formada tənzimləmək lazımdır. Həmçinin telefonları qadağa ilə yox, müəyyən məhdudiyyətlərlə uşaqlara vermək daha məqsədəuyğundur. Biz təkcə öz övladımızı yox, başqalarının da övladlarını qorumalıyıq. Yəni biganə qaldığımız hər şey bizim qarşımıza çıxmasa belə, övladlarımızın qarşısına çıxacaq. 

Maddə asılılığının – yəni narkomaniyanın yaşı yoxdur. İstənilən halda qapımızı döyüb, bizə qonaq ola bilər və ailəmizin bir üzvünə çevrilmiş olar. Bu cür şəxslər sosial təcridə məruz qalır və intihara meyilli düşüncələrə yiyələnirlər. Hansısa asılılıqdan əziyyət çəkən insan gördükdə, mütləq psixi sağlamlıq mərkəzlərinə müraciət etmək lazımdır. İstənilən asılılıqdan (oyun, rəqəmsal asılılıq, maddə və qeyri-maddə asılılığı) əziyyət çəkən hər bir şəxsin beyin funksiyaları pozulur və bu cür şəxslər özünə və ətrafına qarşı adekvat olmur”.

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri