Icma.az
close
up
RU
Valideynlər direktoru məhkəməyə verdi: Bizimlə prinsipə düşüb

Valideynlər direktoru məhkəməyə verdi: Bizimlə prinsipə düşüb

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı məktəbdə məktəbin III sinifləri günorta növbəsinə keçirilib.

Bu barədə Milli.Az-a şikayət edən valideynlər bildiriblər ki, məktəbin direktoru Pərvanə Əzimova dərs ilinin açılmasına 7 iş günü qalmış Elm və Təhsil Nazirliyinin adından istifadə edərək məktəbin bütün 3-cü siniflərini ikinci növbəyə keçirib.

"Valideynlər adından yazılı müraciət etmişik, məktubu min bir əzabla rəsmi şəkildə qəbul elətdirmişik, lakin direktor ümumiyətlə məktuba cavab verməkdən imtina edir. Direktor nazirlik tərəfindən göstəriş verildiyini desə də, bizə heç bir rəsmi göstəriş təqdim olunmayıb. Daha sonra direktor Pərvanə Əzimova bildirdi ki, məktədə yeri yoxdur, ona görə belə edib. Nəyin nəticəsində yer yoxdur? İbtidai siniflərin binası ayrıdır. Nəyə yer yoxdur?

Bu məktəbdə ibtidai sinif heç vaxt ikinci növbədə olmayıb və biz uşaqlar bu məktəbə qəbul olanda direktor şəxsən özü bunu bütün valideynlərə bəyan edib ki, bu məktəbədə ibtidai sinif hər zaman birinci növbədə olacaq və bir çox ailənin bu məktəb seçimi sirf bu özəlliyə görə olub. İndi hansı qanuna-qaydaya dayanaraq elektron qəbul sistemi bağlanandan sonra təhsil ilinin açılmasına 7 iş günü qalmış növbə dəyişdirilir. Bu qərar ötən ilin sonu qəbul edilib, elan edilməli idi. Həmçinin həmin direktor 11 sentyabrda 6 cı sinifləri də qəfildən ikinci növbə olduqlarını elan edir, lakin onların şikayəti nəticəsində sentyabrın 12-si bu qərar geri çəkilir, lakin bizim şikayət hələdə cavabsız qalıb. Şikayətlərimizdən sonra isə direktor bizimlə prinsipə düşüb. Deyir ki, mən prinsipə onları səhər növbəsinə  qaytarmayacam.

Biz Təhsil Nazirliyinədə şikayətimizi göndərmişik, lakin hələ cavab gəlməyib. Mən və bir velideyn daha artıq məhkəməyə də müraciət etmişik. Bütün valideynlər çıxılmaz vəziyyətdədir. Çox valideyn işləyir və bu ani qərarla belə çıxır ki, uşaqlarını dərsə göndərə bilməyəcəklər, bu da uşaqların təhsil alma hüququnun əlindən alınmasıdır".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, məktəbdə təlim-tədrisin təşkili məktəb rəhbərliyinin səlahiyyətindədir. 

"Qaydalara əsasən bütün paralel siniflər eyni növbədə olmalıdır. Məktəb daxili qaydalara əsasən direktorun səlahiyyəti var, tədris prosesi də buna uyğun olaraq tənzimlənir. Əgər məktəb iki növbəlidirsə, bu zaman dərslər həm birinci, həm də ikinci növbə ola bilər".

Mehman Əsədov
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri