Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu dəqiqələrdə bir qrup valideyn Eım və Təhsil Nazirliyinin qarşısında toplaşıb.
"Cebheinfo.az " xəbər verir ki, onlar lisey və gimnaziyaların 5 və 6 -cı siniflərinə mərkəzləşmiş qaydada qəbul imtahanının ləğvinə etiraz edirlər. Belə ki, dünən Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da valideynlər arasında ciddi narazılıq yaradıb.
Belə ki, valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər.
Valideynlər qərarın daha əvvəldən elan olunmadığını əsas gətirərək bu tədris ilinə şamil olunmamasını tələb edirlər. Hazırda nazirlik rəsmilərinin bir qrup valideyni qəbul edəcəyi bildirilir.
Xəzər
Cebheinfo.az"
Açar sözlər: Valideynlər nazirlik etiraz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 May 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















