Icma.az
close
up
RU
Valideynlər göz yumur, təhlükə artır AKTUAL

Valideynlər göz yumur, təhlükə artır AKTUAL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

10-12 yaşlı uşaqlar kamera qarşısında söyüş söyür və əcaib hərəkətlər edirlər

Uşaqlar üzərindən pul qazanmaq onların istismarı deməkdir

Son illərdə sosial şəbəkələrin sürətli inkişafı və rəqəmsal platformaların həyatın ayrılmaz hissəsinə çevrilməsi, azyaşlıların internetdə fəal şəkildə görünməsini daha da artırıb. Xüsusilə “kidfluencer” adlanan uşaq fenomenlərin sosial mediada məşhurlaşması və kommersiya məqsədli fəaliyyət göstərməsi həm beynəlxalq aləmdə, həm də Azərbaycanda ciddi müzakirə mövzusuna çevrilib. Avropa İttifaqı bu kontekstdə uşaqların sosial mediada kommersiya fəaliyyətinə dair sərtləşdirilmiş qaydalar tətbiq etməyə hazırlaşır. Tənzimləmə layihəsinə görə, platformaların uşaqlara maddi və ya digər formada təşviq verməsi qadağan edilə bilər. Məqsəd, ailələrin yüksək gəlir umaraq uşaqları davamlı kontent istehsal etməyə məcbur etməsinin qarşısını almaqdır.

Fransa artıq 2020-ci ildən uşaq fenomenləri uşaq aktyorlarla eyni hüquqi statusa daxil edərək iş saatlarını və qazancın istifadəsini məhdudlaşdırıb. ABŞ-də bir neçə ştat da uşaqların gəlirlərinin qorunmasını qanuniləşdirib. Ekspertlərə görə, “Brüssel effekti” səbəbilə yeni qaydalar dünya miqyasında da standart yarada bilər.

Azərbaycanda da azyaşlıların sosial şəbəkələrdə istifadəsi və bəzən istismarı cəmiyyəti narahat edən ciddi məsələlərdən biridir. Bəzi valideynlər övladlarını sosial şəbəkələrdə nümayiş etdirərək onlardan gəlir əldə edir, hətta bu yolla məşhurlaşırlar. Lakin bu proses çox vaxt uşaqların hüquqlarının və psixoloji sağlamlığının qorunmaması ilə müşayiət olunur. Uşaqların uzun saatlar boyunca videolar çəkməyə, reklam və kommersiya fəaliyyətlərinə cəlb edilməsinə sosial, psixoloji və fiziki zərər riski yüksəkdir. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda uşaqların sosial mediada istismarının qarşısının alınması üçün beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik təşəbbüslərinə ehtiyac var. Valideynlərin və platformaların məsuliyyətlərinin aydın şəkildə müəyyən edilməsi, uşaqların gəlirlərinin qorunması və onların sərbəst vaxtının təmin olunması vacibdir. Bu baxımdan, Avropada və ABŞ-də tətbiq olunan təcrübələr yerli kontekstdə də faydalı ola bilər və uşaq hüquqlarının qorunması istiqamətində önəmli addım sayılır.

Sosial şəbəkələrdə pul qazanmaq məqsədilə azyaşlı uşaqlardan istifadə hallarına münasibət bildirən sosioloq Lalə Mehralı da azyaşlıların, yeniyetmələrin sosial şəbəkələrdə istismarının yolverilməz olduğunu düşünür. O, Sherg.az bildirib ki, qazanc vasitəsi kimi istifadə edilən uşağın dünya haqqında təsəvvürləri dəyişir və nəticədə onlarda mənəvi aşınma gedir. Pul qazanmaq məqsədilə uşaqların sosial şəbəkələrdə aktiv fəaliyyətə alət edilməsi halları uşağın sağlam şəxsiyyət kimi yetişməsinə mane olur və onların psixoloji vəziyyətinə mənfi təsir göstərir: “Ölkəmizdə uşaqları sosial platformadan qorumaq üçün alternativ yollar tapılmalıdır. Qloballaşan dünyada informasiya texnologiyalarının əjdahaya çevrildiyi bir zamanda ana və ata hər cür tələyə qarşı gözü açıq olmalıdır. Platformada faydalı kanallar da var, amma bu qədər əxlaqsızlığın içində görünmür. Ona görə də cəmiyyətə bir faydası olmayan platforma bağlanmalıdır. Uşaq faktoru bizim cəmiyyət üçün hər zaman diqqətçəkən bir element olub. Uşaqlar üzərindən pul qazanmaq onların istismarı deməkdir. Uşaqları dərs oxumalı olduğu bir vaxtda kimlərsə onların əlindən tutaraq sosial platformalara çəkir və beləliklə, onların gələcək həyatlarını korlayırlar, zədələyirlər.

Bu çox təhlükəli tendensiyadır. Uşaqların tərbiyəsinə, mənəviyyatına zərər verir. Amma görünür, bəzi valideynlər üçün bunların önəmi yoxdur. Əks halda azyaşlı uşaqlarını da yanlarında oturdub bütün gün tiktokda olmazlar.

Bizim cəmiyyətdə nə qədər əxlaqı, psixologiyası yerində olmayan insan varmış, bunu tiktok sayəsində bildik. 10-12 yaşlı uşaqlar kamera qarşısında əcaib hərəkətlər edib, jarqonla danışırlar, meyxana oxuyurlar, söyüşlə videolar çəkirlər. Tutaq ki, onların bir-ikisinin valideyni durumdan xəbərsizdir. Axı tiktok hər kəsə açıq platformadır. Onların ətrafında kimsə görüb tanımalıdır, valideynə xəbər verməlidir ki, öz uşaqlarını qorusun”.

L.Mehralının sözlərinə görə, sosial şəbəkələrdən aktiv istifadə, pul qazanmaq məqsədilə xoşagəlməz videoların paylaşılması uşaqların normadan daha tez böyüməsinə və yaşlarına uyğun olmayan davranış vərdişləri qazanmasına səbəb olur: "Belə vəziyyətlər uşaqlarda fərqli bir həyat tərzinə meyil yaradır. Bu da o deməkdir ki, uşaq real həyatda baş verənlərlə barışmır və bir müddətdən sonra daha fərqli maraqlar axtarmağa başlayır. Bu problemin kökündə isə valideynlərin övladlarına göstərdikləri yanlış davranış nümunələri dayanır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri