Icma.az
close
up
RU
Valideynlər niyə bağçalarda yer tapa bilmir? AÇIQLAMA

Valideynlər niyə bağçalarda yer tapa bilmir? AÇIQLAMA

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ölkədə dövlət məktəbəqədər təhsil müəssisələrinin ümumi tutumu 119 min 277 nəfərdir və hazırda bağçalarda 106 min 830 nəfər uşaq təlim-tədris prosesinə cəlb edilib.
Rəqəmlər mövcud tutumun tam dolmadığını göstərsə də, sosial şəbəkələrdə, xüsusilə valideyn forumlarında dövlət bağçalarına qəbul zamanı yer tapılmaması, müəssisələrdə növbələrin uzun olması ilə bağlı şikayətlərə rast gəlinir.
 

MÖVZU İLƏ BAĞLI:
Bağçaya gedən uşaqların sayı açıqlanıb


Bəzi bağçalarda yer çatışmazlığı probleminin yaranmasına səbəb nədir? Valideynlər qəbul prosesində ən çox hansı çətinliklərlə üzləşirlər? 
Təhsil eksperti Əmrah Həsənli Bizim.Media-ya açıqlamasında bu məsələyə münasibət bildirib.
Onun fikrincə, bu ziddiyyətin arxasında çox ciddi struktur, coğrafi və mexaniki səbəblər dayanır:
“Biz rəqəmlərə ümumi ölkə miqyasında baxırıq, reallıq isə lokal xarakter daşıyır. Yəni, regionlardakı və ya bəzi kənar qəsəbələrdəki bağçalarda boş yerlərin qalması paytaxtın mərkəzi hissələrində, böyük şəhərlərdə və sıx məskunlaşma olan ərazilərdəki kəskin yer çatışmazlığını ört-basdır edə bilmir.
Valideyn təbii olaraq uşağını yaşadığı və ya işlədiyi əraziyə yaxın bağçaya qoymaq istəyir. Tələbatın kütləvi şəkildə müəyyən sıx ərazilərdə toplanması, digər tərəfdən isə bəzi bağçaların infrastrukturunun tam gücü ilə işləməməsi və ya qrupların formalaşdırılmasındakı qeyri-bərabərlik bu disbalansı yaradır. Sanki kağız üzərində yer var, amma reallıqda valideynin ehtiyac duyduğu nöqtədə o yer əlçatmazdır”.
Ekspertin sözlərinə görə, valideynlərin çətinlik çəkdiyi mərhələ məhz elektron qeydiyyat sistemində yerlərin "saniyələr içində" dolması ilə bağlıdır:
 

“Elektronlaşma prinsipləri prosesi asanlaşdırmaq üçün tətbiq olunsa da, sistem aktivləşən andaca populyar və mərkəzi bağçalardakı yerlərin dərhal bitməsi valideynlərdə böyük bir ümidsizlik yaradır. Onlar elə düşünürlər ki, prosesdə hansısa qeyri-bərabərlik var, halbuki bu, sadəcə eyni anda minlərlə insanın eyni nöqtəyə “hücum etməsindən” qaynaqlanır.


Bundan əlavə, növbə gözləmə mexanizminin tam çevik olmaması, bəzən sistemdəki texniki ləngimələr və alternativ variantların valideynə operativ təklif edilməməsi prosesi daha da düyünə salır. Valideyn aylarla növbə gözləyir, sistemdə irəliləyiş görmür və nəticədə çıxılmaz vəziyyətdə qalır”- deyə o, qeyd edib.
Bəs bu problemin həlli üçün hansı addımlar atılmalıdır?
Ə.Həsənli vurğulayır ki, valideynləri bu süni gərginlikdən xilas etmək üçün təkcə ümumi rəqəmlərin statistikasına güvənməməli, tələb-təklif balansını hər bir mikrorayon və qəsəbə üzrə fərqi tənzimləməli, dövlət-özəl tərəfdaşlığı modelini bağça sistemində daha da genişləndirmək lazımdır.
Xədicə Paşayeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 İyun 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri