Icma.az
close
up
RU
Valideynlər özəl ali təhsil müəssisələrini seçməkdə sərbəst olsunlar AÇIQLAMA

Valideynlər özəl ali təhsil müəssisələrini seçməkdə sərbəst olsunlar AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hal-hazırda abituriyentlər arasında əsas müzakirə mövzulardan biri dövlət və ya özəl ali təhsil müəssisəsində təhsil alma məsələsidir. Bəziləri heç məlumatı olmadığı halda yalnız dövlət universiteti istədiklərini qeyd edirlər.

Özəl və dövlət universitetləri hansı cəhətlərə görə bir-birlərindən fərqlənirlər?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, abituriyentlər və xüsusilə onların valideynləri özəl ali təhsil müəssisələrindən yan keçirlər:

"Əsasən dövlət ali təhsil müəssisələrinə üstünlük verirlər. Bu məsələdə valideynləri də birmənalı olaraq başa düşmək çətin deyil. Çünki vaxtında bəzi özəl təhsil müəssisələrinin etdikləri qeyri-qanuni davranışlar nəticəsində onların bağlanması valideynlərin özəl ali təhsil müəssisələrini seçməsinə mane olur. Nümunə olaraq Təfəkkür, Beynəlxalq universitetlərini göstərə bilərik. Özəl universitetləri seçməkdə bu səbəbdən bir qədər narahatlıq var. Amma mənə görə bu narahatlığa ehtiyac yoxdur. Çünki son illər ərzində bağlanan universitetlərin tələbələrinin “havada qaldığını” müşahidə etməmişik. Naxçıvan Özəl Universitetini nümunə göstərə bilərik. Burada təhsil alan tələbələr müvafiq ali təhsil müəssisələrinə yerləşdirildilər".

Ekspert qeyd etdi ki, valideynlər özəl ali təhsil müəssisələrini seçməkdə sərbəst olsunlar.

"Dövlət və özəl ali təhsil məktəbləri arasında demək olar ki, yeganə fərq status məsələsidir. Biri dövlət himayəsindədir, digəri isə özəl sahibkar himayəsində olan təhsil müəssisəsidir. Amma yekunda hər ikisinin lisenziyası var, Elm və Təhsil Nazirliyi tərəfindən tanınır, dövlət tərəfindən təsdiqlənir və hər ikisinin diplomu ölkə səviyyəsində, hətta bəziləri ölkədən kənarda da tanınır. Məsələn, Xəzər Universitetinin diplomu xaricdə də tanınır, dünya beynəlxalq reytinqində yer alır. Abituriyentin balı dövlət ali təhsil müəssisəsinə yox, özəl ali məktəbə uyğundursa, məhz həmin ixtisasa görə özəl təhsil müəssisələrini seçməlidirlər.

Son dövrlərdə dövlət büdcəsindən özəl təhsil müəssisələrində tələbələrin təhsil almaları üçün müvafiq olaraq dövlət sifarişli yerlər də ayrılır. Dövlət özəl universitetləri tanıdığına görə məhz bu yerləri ayırır. Bu da düşünürəm ki, valideynlər üçün həmin universitetləri seçməkdə problem yaratmamalıdır", - deyə Elçin Əfəndi bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri