Icma.az
close
up
RU
Valideynlər TƏŞVİŞDƏ Məktəbli formalarının rəngi DƏYİŞİR?

Valideynlər TƏŞVİŞDƏ Məktəbli formalarının rəngi DƏYİŞİR?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzi məktəblərdə geyim formalarının rənginin yenilənəcəyi ilə bağlı valideynlərə xəbərdarlıq olunub. Onlar ötən il aldıqları formanın artıq bu il istifadə olunmayacağına görə narahatlıq keçirirlər. Xüsusilə ibtidai sinifdə oxuyan şagirdlərin valideynləri hazırki formaların hələ də istifadə üçün yararlı olduğunu deyərək, bu dəyişikliyin əlavə maliyyə yükü yaradacağından gileyləniblər. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən bu barədə hər hansı qərar verilmədiyini diqqətə çatdırıblar.
Məlum olduğu kimi, məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiq olunur və normativ hüquqi bazaya əsaslanır:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən, məktəbli formaları ilə bağlı vahid tələblər və standartlar mövcuddur. Bu formalar ölkə üzrə müəyyən olunmuş model və rəng çalarları daxilində seçilir.
Bəzi hallarda məktəb rəhbərləri və ya valideyn komitələri "nizam-intizamı artırmaq", "birörnəklik yaratmaq" kimi səbəblərlə forma ilə bağlı əlavə tələblər irəli sürə bilər.
Amma bu dəyişiklik yalnız valideynlərin razılığı və Təhsil Nazirliyinin tövsiyələri əsasında həyata keçirilə bilər. Məcburi xarakter daşıya bilməz.
Bəs belə olduğu halda məktəb özbaşına qərar vermək səlahiyyətini özündə necə tapır?
Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında qeyd edib ki,  məktəb bu məsələdə birmənalı şəkildə qərar verə bilməz:
“Çünki sözügedən qaydalar normativ-hüquqi baza və müvafiq sənədlərlə müəyyən edilir. Elm və Təhsil Nazirliyi məktəblilər üçün geyim formalarını bir neçə variant üzrə təsdiq edib. Valideynlərin razılığı nəzərə alınmaqla şagirdlər bu formalar arasından seçim edə bilərlər.
Lakin burada vacib məqam ondan ibarətdir ki, normativ aktlarda hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin təsdiqi və valideyn komitələrinin birgə razılığı əsasında həyata keçirilə bilər. Yəni heç kim fərdi şəkildə bu qaydaları pozaraq formaya dəyişiklik edə bilməz”, - deyə ekspert vurğulayıb.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyun 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri