Valideynlər uşaqların sağlamlığını qorumaq üçün yalnız immuniteti günahlandırmamalıdır İnfeksionist
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Önləyici dərmanlar” vasitəsilə bütün xəstəliklərin qarşısını almaq müasir tibb baxımından mümkün deyil. Hal-hazırda əsas hədəf, uşaqların immunitetini gücləndirmək, onları risk faktorlarından qorumaq və gigiyena qaydalarına əməl etməkdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında infeksionist Həmid Hacıağayev uşaqların yay aylarını sağlam və təhlükəsiz keçirməsindən danışarkən bildirdi.
"Uşaqların dəniz, hovuz və çimərlik şəraitinə adaptasiyası gec baş verir, bu isə tamamilə normaldır. Mərkəzi sinir sistemi hələ tam formalaşmadığından, xüsusilə termorequlyasiya mərkəzləri yetkin deyildir. Bu səbəbdən az yaşlı uşaqların 20-30 dəqiqədən artıq isti havada və ya günəş altında olması onların bədəninə aşırı yük düşməsinə səbəb ola bilər. Valideynlər bu müddətə diqqət etməli və uşaqları həddindən artıq günəş və istilikdən qorumaq üçün tədbirlər görməlidirlər.
İnsanların sıx toplandığı yerlər infeksiya mənbəyidir. Böyüklər çimən hovuzlar, gigiyenik baxımdan uşaqlar ideal mühit deyil. Uşaqlar üçün təyin olunan hovuzların təmizlənməsi və dezinfeksiyası gündəlik olaraq həyata keçirilməlidir. Çimərlik və hovuzlarda uşaqların təhlükəsizliyi üçün ciddi nəzarət təmin olunmalıdır. Çimərliklər açılmadan öncə suyun və sahənin sanitariya göstəricilərinə diqqət yetirilməlidir".
İnfeksionist tövsiyə etdi ki, valideynlər uşaqları çimərliyə yalnız səhər saatlarında, məsələn 11:00-dək aparsınlar.
"Çünki günün digər saatlarında günəş və isti vurması riski yüksəkdir. Eyni zamanda uşaqların başı həmişə örtülməli, kölgədə saxlanmalı və günəşdən qorunma vasitələrindən istifadə edilməlidir. Suda uzun müddət qalmaq da uşaqlar üçün təhlükəli sayılır.
Yay aylarında qidaların tez xarab olması, saxlanma şəraitinin pozulması bakteriya və virusların inkişafına əlverişli mühit yaradır. Gigiyena və temperatur normalarına diqqət yetirilmədikdə qulaq, boğaz və burun infeksiyaları, dəri problemləri, qusma və ishalların sayı arta bilər.
Nəticə olaraq, valideynlər uşaqların sağlamlığını qorumaq üçün yalnız immuniteti günahlandırmaqla kifayətlənməməli, həm də gigiyena, qida təhlükəsizliyi, günəş və istilikdən qorunma, suda qalma müddəti və çimərlik-hovuz şəraitinə diqqət göstərməlidirlər. Bu yanaşma uşaqların yay aylarını sağlam və təhlükəsiz keçirməsi üçün əsasdır", - deyə Həmid Hacıağayev qeyd etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















