Icma.az
close
up
RU
Valideynlər və müəllimlər üçün yenilik: Məktəblərdə elektron jurnal dövrü başladı/ ŞƏRH

Valideynlər və müəllimlər üçün yenilik: Məktəblərdə elektron jurnal dövrü başladı/ ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Son illər təhsil sahəsində rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır. Bakı məktəblərində ənənəvi kağız sinif jurnalları ləğv olunaraq onların yerini elektron sistemlər tutur.

Yeni platforma vasitəsilə davamiyyət, qiymətləndirmə və digər məlumatlar onlayn idarə olunur. Bu dəyişiklik həm müəllimlər, həm də valideynlər üçün bir sıra yeniliklər və imkanlar yaradır.

Gununsesi.info-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu mövzunu belə şərh edib:

“Bakı məktəblərində ənənəvi kağız sinif jurnalları ləğv olunub və bütün qeydiyyat, davamiyyət, qiymətləndirmə və digər proseslər “Rəqəmsal Məktəb” platforması üzərindən aparılır.

Bunun nəticəsində rəqəmsal jurnal formalaşıb. Məqsəd şəffaflıq, effektivlik, nəzarət və hesabatlılıqla yanaşı, rəqəmsallaşma strategiyasının tətbiqidir. Qiymətlər, davamiyyət və digər məlumatlar valideynlər və şagirdlər üçün onlayn şəkildə əlçatan olacaq. Valideynlər şəxsi hesabları vasitəsilə övladlarının qiymətlərini və davamiyyətini izləyə biləcəklər.

Müəllimlər artıq kağız işlərindən azad olunur, məlumatların idarəsi daha sürətli və rahat həyata keçirilir. Təhsil Nazirliyi və məktəb rəhbərliyi prosesi real vaxtda izləyə bilir. Yəni qiymət daxil edilən kimi dərhal digər səlahiyyətli şəxslər həmin məlumatla tanış ola bilirlər. Bu, təhsil sistemində elektron idarəçiliyə keçidi sürətləndirəcək mühüm addım kimi qiymətləndirilir”.

Ekspertin sözlərinə görə, sistemdə müəyyən çətinliklərin yaranması da istisna deyil:

“İnternet və texniki problemlər olduqda müəllimlərin işində çətinliklər yarana bilər. Müəllim və valideynlərin yeni sistemə tam adaptasiyası üçün vaxt tələb olunur. Bundan başqa, platformadan istifadə bacarığı zəif olan müəllimlər üçün əlavə təlimlərin keçirilməsi zəruridir”.

Məlumata görə, rəqəmsal jurnal həm də offline rejimdə fəaliyyət göstərə biləcək. İnternet olmadıqda müəllimlər qiymətləri və davamiyyəti cihazlarına daxil edə biləcək, şəbəkə bərpa olunduqda isə məlumatlar avtomatik şəkildə sinkronizasiya olunacaq. Ehtiyac yarandıqda mobil internet və müvəqqəti texniki dəstək həlləri də tətbiq edilə bilər.

Kağız jurnalların ləğvi təhsil sisteminə bir sıra üstünlüklər gətirəcək. Bunlara şəffaflığın təmin olunması, valideyn nəzarətinin güclənməsi, müəllimlərin iş yükünün azalması, operativ məlumat mübadiləsi, təhsil keyfiyyətinə nəzarət, resurs israfının qarşısının alınması və ekoloji üstünlüklər daxildir. Bundan başqa, sistem vasitəsilə davamiyyət və nəticələrin statistik təhlili aparmaq da mümkün olacaq.

Valideynlər övladlarının təhsil nəticələrini operativ şəkildə izləyə biləcəklər. İllik hesabatlar və ortalama göstəricilər sürətli formada hazırlanacaq. Beləliklə, qeyri-dəqiqlik azalacaq, kağız jurnallar üçün əlavə xərclər aradan qalxacaq, təbiətin qorunmasına da töhfə veriləcək. Eyni zamanda, pandemiya və digər fövqəladə hallarda tədris prosesini məsafədən izləmək mümkün olacaq”.

Rizvan Fikrətoğlu qeyd edib ki, yaşlı müəllimlərin yeni sistemə adaptasiyası xüsusi diqqət tələb edir:

“Onların uyğunlaşması üçün praktiki təlimlər, mentor dəstəyi, sadə interfeys, mərhələli keçid və texniki yardım nəzərdə tutulmalıdır”.

Ekspertin sözlərinə görə, kağız jurnalların ləğvi müəllimlərin iş yükünü həm azalda, həm də artıra bilər.

“Avtomatik hesablama və məlumat mübadiləsi prosesi işləri asanlaşdırsada, texniki problemlər, zəif internet və əlavə hesabat tələbləri əksinə, iş yükünü artıra bilər. Sistem sabit, sürətli və sadə işlədiyi halda müəllimlərin yükü əhəmiyyətli dərəcədə azalacaq. Əks halda, xüsusilə texniki problemlər tez-tez yaşanarsa, onların iş yükü artmış olacaq”, – deyə Rizvan Fikrətoğlu fikirlərini yekunlaşdırıb.

Gülxanım Əliyeva

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri