Valideynlərə xoş xəbər: Aprelin 19 dan etibarən...
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda aprelin 19-25-də “İmmunlaşdırma həftəsi” keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.
“İmmunlaşdırma həftəsi” zamanı bir sıra rayonlarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















