Valideynləri boşanmağa hazırlaşan 5 yaşlı Rüfət necə ölüb? Nənəsi danışdı
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ucarın Qaradağlı kəndində baş vermiş bədbəxt hadisənin detalları məlum olub.
Belə ki, bir müddətdir ata nənəsinin himayəsində qalan 5 yaşlı Rüfət İsmayılov hovuza düşərək boğulub.
"Günorta radələrində yemək yeyəndə gördüm ki, uşaq yoxdur. Qışqırdım, ora qaçdım, bura qaçdım, nəvəmdən səs-soraq çıxmadı. Hovuzun yanına gələndə gördüm ki, qara paltar suyun üstünə qalxıb. Özümü suya atdım, uşağı çıxartdım. Nə qədər çalışdım, xilas edə bilmədim, keçinmişdi artıq. Valideynləri ayrılmaq ərəfəsindədirlər. Atası Rusiyadadır, ana da bir ildir Bakıda qalır. Bir həftədir uşağı mənim yanıma qoymuşdu, dedim ki, istəmirəm, anasız uşağa baxa bilmərəm", - deyə mərhumun nənəsi deyib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Dekabr 2024 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















