Icma.az
close
up
RU
Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni dərs ili başlayanda valideyn və məktəbliləri ən çox maraqlandıran məsələlərdən biri də məktəbli çantası olur. Çanta uşaqların ən çox təmasda olduğu əşyalardan biridir.

Ona görə də çantanın düzgün seçilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Bəzi ailələrdə valideynlər məktəbli çantasını uşağın zövqünə və istəyinə uyğun olaraq alırlar. Lakin mütəxəssislər sağlamlığa hesablanmış belə məsələlərdə güzəştə getməməyi məsləhət görürlər. Onların fikrincə, uşağın fiziki ölçüsünə uyğun sadə və yüngül çantalar alınmalıdır, bu, onların sümük və əzələlərinin kövrək və elastik olması ilə əlaqədardır.

Bunu Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova  “Çantanın bədən çəkisinə uyğun olmaması uşağın onurğasını qabağa əyməsinə və çiyinlərini qaldırılmasına səbəb olur. Çanta ağır olanda və birtərəfli çiyin asqısından istifadə edəndə əzələlər, xüsusilə boyun bir tərəfə əyilir, onurğada sağa və ya sola əyilmələrə səbəb olur. Çantada asqıların geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir, dar və sərt asqılar ağırlığı əzələnin müəyyən nöqtələrinə yönəldir. Çantanın çiyin asqılarının incə, ensiz və uzun olması sinirlərə təsir edir və bunun nəticəsində əl və qolda ağrılar yaranır. Ağır və qeyri-standart çanta daşıyan və pilləkən qalxıb-enən uşaqlarda ayaq ağrısı daha çox olur. Nəticədə ilk növbədə uşağın duruşunda problem yaranır: çiyinlər qalxır, onurğa önə doğru əyilir və kifoz dəyişikliyi gedir”.

Qeyd edək ki, uşaqların məktəb çantalarında sağlamlıq baxımından nəzərə alınmayan bəzi detallar orqanlarda funksiyaların pozulmasına aparıb çıxarır. Həkim-terapevt standart qaydalara əməl olunmasını tövsiyə edir. “İbtidai sinifdə uşaq üç-dörd kitab götürməlidir, sonrakı siniflərdə yenə də normaya uyğunluq gözlənilməlidir. Çantanı ağırlaşdıran əsas yüklərdən biri də su və qidadır. Uşaq məktəbə özü ilə 1-1,5 litr su götürməlidir və bu, heç də kiçik yük deyil. Qidanı çantaya qoymaq lazım deyil. Ayrıca qida qabları var ki, uşaq yeməyi çantaya qoymaqdansa ayrıca qida çantası götürməsi məsləhətdir”.

Mütəxəssislər bildirirlər ki, məktəbli çantası kürəkdə və çiyində ağrıya səbəb olmayacaq çəkidə olmalıdır. Məktəbli bədən ağırlığının 10-12 faizindən artıq yük daşımamalıdır. Məktəb çantalarında bel kəmərlərinin enli olması və kürəyə rahat oturması onların dəftər-kitablarını rahat daşımasına xidmət etməlidir. “Ən yüngül çanta seçilməlidir. Çantanın yükü maksimum az olmalıdır ki, ona kitab-dəftər və digər məktəb ləvazimatları qoyanda çox ağırlıq etməsin”, - deyə həkim terapevt əlavə edib.

Məktəb çantalarının seçimində digər alternativlər də var. Bel çantaları ağır və əziyyətli olduğundan uşaqların daha rahat daşıya biləcəkləri təkərli çantalara üstünlük vermələri tövsiyə olunur. Mütəxəssislərin fikrincə, 8 yaşınadək uşaqlar iki, 8-12 yaşındakı uşaqlar ən çox dörd, 12-15 yaş arasındakı uşaqlar isə beş kiloqram ağırlığında çanta götürməlidirlər.

Mənbə: azedu.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri