Valideynlərin NƏZƏRİNƏ: 7 gün vaxt verildi
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyun ayında bağçalarda hansı yaş qrupları üzrə boş yerlərin olacağına dair 58 500 nəfərlik proqnoz verilib.
News24.az xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Hüseynova iyulun 30-da keçirilən brifinqdə deyib.
O, bildirib ki, iyulun 18-də Naxçıvanda, 25-də isə Bakıda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər növbələrə yazılıblar.
İlahə Hüseynovanın sözlərinə görə, artıq 32 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərinə SMS göndərilib. Lakin bu SMS uşağın bağçaya rəsmi qəbul edilməsi demək deyil.
"Valideynlərə 7 gün vaxt verilir ki, uşaqların sənədlərini müvafiq bağçaya təqdim etsinlər. Əgər sənədlər vaxtında təqdim olunmasa, həmin sorğular avtomatik olaraq sistemdən silinəcək", – deyə İlahə Hüseynova brifinqdə bildirib.
Aqil Qarayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 İyul 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















