Icma.az
close
up
RU
Valideynlərin nəzərinə: İnternetə görə cərimə gələ bilər

Valideynlərin nəzərinə: İnternetə görə cərimə gələ bilər

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Texnologiyalar inkişaf etdikcə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlardan istifadə edənlərin isə çoxu uşaqlardır. Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmunlardan qorunması üçün sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, uşaqların internetdən çox erkən yaşda istifadə etməsi yeni qaydaların yaradılmasını tələb edir. Bu addım həm təhlükəsizliyi artırmaq, həm də mövcud vəziyyəti müasir tələblərə uyğunlaşdırmaq məqsədi daşıyır.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, bir sıra ölkələrdə azyaşlıların və yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı konkret qaydalar və yaş məhdudiyyətləri tətbiq olunur:
“Məsələn, bir çox Avropa ölkəsində bu hədd 13-15 yaş aralığında müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etməkdir. Praktik olaraq isə bu, müəyyən yaşa qədər sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması deməkdir. Hazırkı şəraitdə hesab edirəm ki, dövlət qurumları və ya vətəndaşlar tərəfindən azyaşlıların yaş məhdudiyyətini pozaraq sosial şəbəkələrdən istifadə etməsi faktı aşkar olunarsa, qanunvericilikdə bununla bağlı inzibati məsuliyyət nəzərdə tutulmalıdır. Bu halda valideynlərin məsuliyyət məsələsinə baxılması və mərkəzi icra hakimiyyəti orqanlarının qəyyumluq və himayəçilik strukturları tərəfindən müvafiq qaydada protokolların tərtib olunaraq məsələnin hüquqi müstəvidə qiymətləndirilməsi məqsədəuyğun olardı.
Prosesin sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər aidiyyəti qurumlarla, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi - birgə fəaliyyət mexanizmi formalaşdıra bilər. Bu məqsədlə müştərək komissiyanın yaradılması ümumi nəzarət mexanizminin qurulması, profilaktik tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin sistemli şəkildə təşkili baxımından əhəmiyyətli ola bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri