Icma.az
close
up
RU
Valideynlərin nəzərinə! Uşaq depressiyaları

Valideynlərin nəzərinə! Uşaq depressiyaları

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Depressiya Dünya Sağlamlıq Təşkilatı tərəfindən ən əhəmiyyətli on sağlamlıq problemindən biri olaraq qəbul edilmişdir.

Aparılan araşdırmalar, ilk dəfə majör depressiyanın çox kiçik uşaqlarda belə xronikiləşə biləcəyini göstərmişdir.

Uşaqlarda depressiya tək bir səbəbə bağlana bilməz. Uşağın təməl xüsusiyyətlərinə, psixoloji xüsusiyyətlərinə və ətrafın təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktorun daha ön planda olduğu uşaqdan-uşağa dəyişir.

Ana-ata həyatdakı rollarını nizamlaya bilmədikdə uşaq, özünü tək və çarəsiz hiss edər. Çoxu vaxtı valideynlər, uşağın yaşadığı böhrandan xəbərsizdir. Uşaqların fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət vermədiklərini düşünərlər. Halbuki uşaqların hissləri, nə qədər maraqsız görünsədə, son dərəcə açıqdır. Ətraflarında olan bitənlərin fərqindədirlər. Ancaq mühakimə gücləri inkişaf etməmiş olduğundan, problemlərin nədən qaynaqlandığını anlamazlar, çox vaxtda problemlərin özlərindən qaynaqlandığını zənn edərlər. Valideynlər uşaqlarının ruh sağlamlığına təsir edəcək davranışlarından qaçmaları həm uşaqlar, həm də özləri üçün çox əhəmiyyətlidir. Körpəlik və uşaqlıq dövründə meydana gələcək psixoloji narahatlıqlar, uşaqların yetkinlik dövrünə də əks olunur. Uşaqda meydana gələcək psixi çöküntü, həyatı boyunca qarşısına çıxıb onu narahat edə bilər.

Uşaqlarda ən əhəmiyyətli depresiya səbəbi, anadan ayrılıq vəziyyətidir. Uşaqlar, ana ayrılığına ilk etapda ani narahatlıq, hirs partlamaları ilə reaksiya göstərirlər. Ananı geri gətirmə səyi göstərərlər. Daha sonra ümidin itirilməsi, susqunluq, kədərlilik və ağlamalar müşahidə olunar. Bir müddət sonra da özünü buraxma və qədərə təslim olma halları ilə qarşılaşırlar. Bu dövrdə uşaqlar, yetkin depresiya xüsusiyyətlərini göstərirlər.

Körpəlik dövründən etibarən güvən mühitində böyüdülməyən, ehtiyacları qarşılanmayan, stress altında, diqqət əksikliyi, öyrənmə və ya davranış pozulması olan uşaqlar daha asan depressiyaya düşürlər.

Uşaqlarda depressiyanın əsas əlamətləri aşağıdakılardır:

- Müəyyən bir səbəb olmadan yersiz şəkildə və ya ola biləcək şeylər haqqında narahatlıq hiss edirlər.

- Yuxusuzluq kimi şikayətlər, qorxulu yuxular və tək yata bilməmə halları özünü göstərir.

- Ümumiyyətlə gərgin, ağlağan, narahat olar, düşüncələrini toplamaqda çətinlik çəkərlər.

- Bir insandan həddən artıq asılı olma, utancaqlıq kimi davranışlar göstərərlər.

- Məktəbli uşaqda ətrafı və yaşıdları tərəfindən təsdiqlənməyəcəyi qorxusu ön plana çıxar. Uşaq öz fikirini söyləməkdən çəkinə bilər, bəzilərinin köməyi və dəstəyi olmadan bir işə girişmək istəməyə bilər, yoldaşlığa başlamaqda çətinlik çəkə bilərlər.

- Səhv bir şey söyləyə biləcəyi qorxularıyla dərsdə iştirakı azala bilər. Dərslərinidə uğurlu ola bilməyəcəyi narahatlığıyla məktəbə gəlmək istəməyə bilər.

- Özünü boşluqda hiss etmə.

- Tez ağlamaq.

- Tez-tez baş ağrısı, qarın ağrısı kimi fiziki şikayətlər.

- Sevdiyi şeyləri etməmək, zövq almamaq, oyun oynamamaq.

- Dəyərsizlik duyğusu, kimsə tərəfindən sevilmədiyindən ya da az sevildiyindən şikayət etmək

- Günahkarlıq duyğuları, olanları öz günahı olaraq şərh etmək

- Ümidsizlik

- Bədbəxtlik

- Enerji əksikliyi

- Ünsiyyət əksikliyi

- Hirs və ya düşmənlik davranışlarında artma

- Az ya da çox yemək yemək

- Küsəyənlik

- Həddindən artıq hərəkətlilik ya da əksi

- Diqqət dağınıqlığı, məktəbdə müvəffəqiyyətdə uğursuzluq

- Ailə əlaqələrində pozulmaq, söz dinləməmək ya da çox səssiz qalmaq

- Ailə xaricində uyğunlaşma çətinliyi

- Ailə problemlərində əməkdaşlığından qaçmaq

- Ailədən uzaqlaşmaq

- Yoldaş problemlərində artma, özünü kənarlaşdırılmış və tək hiss etmək

- Evdən qaçmaqla əlaqədar sözlər və ya təşəbbüslər

- Ölümdən danışmaq, qorxmaq

- İntihar cəhdi

Depressiyadakı bir uşaq çox adi bir bəhanəylə problem çıxara bilər. İstədiyi bir şey üçün təkid etməsi, normal bir uşağın təkid etməsindən çox fərqlidir. Normal bir uşaq, istədiyi bir şeyin olması üçün bir müddət israr edər, edilə bilmədiyində qəbul edə bilər. Depressiyadakı uşaq isə məqsədsiz, hər hansı bir şey üçün israr edə bilər.

Uşaqlıq depresiyasını təyin edə bilmək və qiymətləndirmək olduqca çətindir. Çünki uşaqların bir çoxu duyğu və düşüncələrini dilə gətirməkdə çətinlik çəkərlər. Uşaqlar, razı olmadıqlarında, qorxduqlarında ya da özlərini pis hiss etdiklərində ağlayarlar. Böyüklər, bu vəziyyətdə, uşağı əyləndirərək, diqqətini başqa istiqamətə çəkərək, bu duyğuların keçəcəyini düşünərlər. Məktəb və yoldaş əlaqələrindəki dəyişikliklər qiymətləndirilməli, bu mövzuda müəllimlər, məktəbdəki rəhbərlik mütəxəssisləri və məktəb rəhbərliyinin dəstəyi alınmalıdır. Bu dövrdə xüsusilə valideynlərin rolu çox əhəmiyyətlidir. Buna görə də ailələr uşaqlarına nümunə olmalı, yeni düşüncə formaları yaradılmasında onlara köməkçi olmalıdırlar. Çunki uşaqlar depressiya müddətində ailələrini nümunə olaraq götürə bilərlər. Onların ən çox ehtiyac duyduqları şey sevgidir.

Uşaqlıq  depresiyaları uşağın şəxsiyyət və ictimai inkişafını birbaşa təsir edir. Bu səbəbdən depresiyanın diaqnozu və müalicəsi əhəmiyyət daşıyır. Bu vəziyyətdə ana-atalar və müəllimlər uşaqların ruhi vəziyyətləriylə əlaqədar məlumat toplamalı və uşaqların davranışlarıyla əlaqədar yaxşı bir müşahidəçi olmalı, lazım olduqda uşaqların ruh sağlamlığıyla məşğul olan bir mütəxəssisə müraciət edilməsi lazımdır. Ətrafda belə bir mütəxəssis yoxdursa uşaq psixoloqlarından kömək istəmək olar, uşaq psixoloqu ilkin qiymətləndirməni etdikdən sonra valideynləri istiqamətləndirəcəkdir.

Ruslan Kamilov

Naxçıvan Müəllimlər İnstitutunda “Mənəviyyat diskusia klubu”nun aparıcısı, psixoloq.

psixotest.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri