Icma.az
close
up
RU
Valverde Fənərbağça üzərində qələbədən sonra Beşiktaşla oyundan danışdı

Valverde Fənərbağça üzərində qələbədən sonra Beşiktaşla oyundan danışdı

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının 6-cı həftəsində səfərdə "Fənərbağça" üzərində 2:0 hesablı qələbə qazanan "Athletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde oyundan məmnun qaldığını deyib.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunsonrası təşkil olunan mətbuat konfransında matçı dəyərləndirib:
“Bəli, çox xoşbəxtik. Güclü və keyfiyyətli bir rəqibə qarşı oynadıq. İkinci hissədə daha yaxşı idik. Birinci hissədə oyun balanslı idi. İkinci hissədə isə öz səviyyəmizi göstərdik. Son dərəcə məmnunam”.

Inyaki Uilyamsın komanda üçün əhəmiyyətini vurğulayan Valverde əlavə edib:
“Inyaki  çox vacib bir oyunçudur. O, bizə güc qatır. Həftə sonu da qolları ilə bizə dəstək oldu. Burada da eyni şeyi etdi. Belə bir atmosferdə "Fənərbağça"yə qalib gəlmək çox önəmlidir”.

Oyun zamanı balansı qorumağın önəmindən danışan baş məşqçi qeyd edib:
“Biz hər komandanın etdiyi kimi - oyunu balansda saxlamaq və rəqibə fürsət verməmək üçün mübarizə aparırıq. Buna görə də yaxşı nəticələr alırıq. "Athletik"-in sirri də məhz bundadır”.

Niko Uilyamsın oyunda zədə almasına münasibət bildirən Valverde deyib:
“Sabahı gözləməliyik. Ayağında bir şişlik var idi. Daha dəqiq danışmaq üçün sabah vəziyyəti dəyərləndirməliyik”.

Təcrübəli məşqçi, hazırkı hədəflərindən danışaraq vurğulayıb:
“Addım-addım irəliləmək lazımdır. Hazırda 16 xalımız var. İlk 8-ə daxil olmaq şansı var, amma bəlkə də daxil ola bilməyəcəyik. Bu, yeni bir formatdır. Kim hansı sırada olacaq, bəlli deyil. Qalib gəlmək və bütün xalları toplamaq vacibdir”.

"San Mames" Stadionunun xüsusi əhəmiyyətindən bəhs edən Valverde bildirib:
“Bütün komandalar "San Mames"də final oynamaq istəyir. İndi finalı düşünmək daha pis nəticələrə səbəb ola bilər. Əlimizdən gələni etmək istəyirik”.

Rəqibə uyğun oyun planının dəyişdiyini vurğulayan baş məşqçi deyib:
“Bizim bir oyun tərzimiz var, amma rəqibə uyğun bu dəyişə bilər. "Fənərbağça" da eynisini etdi. Biz rəqibə necə pressinq edəcəyimizi planlaşdırdıq, lakin onlar da buna cavab verdi”.

Valverde, "Fənərbağça"nın 10 nəfərlə qalmasının oyuna təsirindən danışaraq əlavə edib: “İkinci hissədə yaxşı oynadığımızı düşünürəm. Rəqib 10 nəfərlə qalandan sonra topa daha çox sahib olub rəqibi yormaq istədik. Əgər "Fənərbağça" qol vurmuş olsaydı, azarkeşlərin təsiri ilə oyun fərqli bir istiqamət ala bilərdi”.

İndidən "Beşiktaş" oyununa diqqət etdiklərini bildirən Valverde sözlərini belə tamamlayıb:
“Əgər finala çıxmışıqsa, digər komandaların əhəmiyyəti yoxdur. Finaldan əvvəl "Beşiktaş"la qarşılaşacağımız oyunu düşünürəm. "Beşiktaş"ın stadionunda da buradakı atmosfer kimi çətinliklər olacaq. Qalib gəlsək, bizim üçün çox yaxşı olacaq”.

Rafael

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri