Icma.az
close
up
RU
Valyuta satışında rekord artım “Bu, 2020 ci ildən sonra ən yüksək həddir”

Valyuta satışında rekord artım “Bu, 2020 ci ildən sonra ən yüksək həddir”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dövlət Neft Fondunun açıqlamasından aydın olur ki, yola saldığımız I rübdə valyuta satışının həcmi 2,4 milyard dollar olub. Bu, 2020-ci ildən sonra ən yüksək həddir.”

“AzPolitika” xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, pandemiya səbəbindən dünya bazarında neftin kəskin ucuzlaşdığı dövrdə, yəni 2020-ci ilin yanvar-mart aylarında Fondun valyuta satışı 2,8 milyard dollara yaxın olub ki, bunun da 1,9 milyard dolları mart ayında reallaşıb:

“Həmin dövrdə neftin kəskin ucuzlaşması da məhz mart ayına təsadüf edirdi. Təxminən eyni vəziyyət bu il də təkrarlanıb. Mərkəzi Bankın yanvar-fevral ayları üzrə valyuta satışı barədə məlumatlarına istinad etsək, görərik ki, həmin aylarda satışın həcmi 900 milyon dollara çatmayıb. Belə çıxır ki, yarısı qeyri-iş günü olan və say baxımından az keçirilmiş hərraclarda satılan valyutanın həcmi 1,6 milyard dollara yaxın olub.”

İqtisadçı xatırladır ki, Dövlət Neft Fondu 2025-ci ildən etibarən hər ay satılan valyuta həcmi ilə bağlı məlumatların açıqlanmasını dayandırıb. Onun sözlərinə görə, Mərkəzi Bank da mart ayından etibarən analoji addım atmağa başlayıb:

“Mərkəzi Bank rəhbərliyi bunu məzənnənin sabitliyi və hərracda valyuta tələbinin tam qarşılanması ilə əlaqələndirərək, bu məlumatların ictimaiyyətə açıqlanmasının artıq aktual hesab olunmadığını bildirir. Fikrimcə, bu düzgün addım deyil. Əvvəla, ona görə ki, bu vəsaitlər ictimai maliyyənin tərkib hissəsidir və onun açıqlanması şəffaflıq və hesabatlılıq baxımından zəruridir. İkincisi, məlumatlara çıxışın məhdudlaşdırılması, neftin ucuzlaşmasının yaratdığı bu həssas dövrdə əlavə suallar və narahatlıqlar doğurur. Çünki gizlədilən və ya açıqlanması məqsədəuyğun hesab edilməyən məlumatlar hər zaman düzgün olmayan nəticələr formalaşdırır.”

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri