Icma.az
close
up
RU
Van Bronkhorst qovuldu, yeni məşqçi kim olacaq?

Van Bronkhorst qovuldu, yeni məşqçi kim olacaq?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Beşiktaş”da gözlənilən ayrılıq, nəhayət, baş tutdu.

İstanbul nəhəngində Covanni van Bronhkorst dönəmi rəsmən başa çatdı. Başqan Hasan Aratın istefasından sonra onun vəzifəsinə keçən Hüseyn Yücəl niderlandlı mütəxəssisi və onun köməkçilərini istefaya göndərdi. Beləliklə, iyunun 14-də başlayan bu işbirliyi cəmi 169 gün davam etdi. Halbuki superkubokda “Qalatasaray” üzərindəki 5:0-lıq tarixi qələbədən və ilk 3 turda qazanılan maksimum nəticədən sonra camiədə bir çoxları çempionluqdan dəm vururdu. “Beşiktaş” Van Bronkhorstun başçılığı altında 12-si superliqa, 7-si avrokubok, 1-i ölkə superkubokunda olmaqla keçirdiyi 20 rəsmi oyundan 10 qələbə, 4 heç-heçə, 6 məğlubiyyətlə ayrılmış oldu. 49 yaşlı mütəxəssisin “Beşiktaş”la 2026-ya qədər müqaviləsi var idi. Onun illik maaşı 1,4 milyon avro idi və indiyə qədər klubdan təxminən 600 min avro almışdı. Türkiyə mətbuatının iddiasına görə, köməkçiləri ilə birlikdə Van Bronkhorsta 3 milyon avro təzminat ödəniləcək.
İndi camiədə hər kəsi yeni məşqçinin kimliyi maraqlandırır. Əsas namizəd Sərgən Yalçın sayılırdı. Həm rəhbərlik, həm də fanatlar növbəti tur komandanın “Fənərbaxça” ilə derbiyə Sərgənin başçılığı altında çıxmasını istəyirdi. Amma Hüseyn Yücəllə təcrübəli məşqçi arasındakı ilk görüşdə razılıq əldə olunmadı. Həm futbolçu kimi klubun əfsanəsi sayılan, həm də məşqçi kimi 2020/21-də “Beşiktaş”ı çempion edən Yalçın camiədə çox sevilir. Amma o, bu şərtlər altında işləmək istəmədiyini, bu xaosun içində uğur qazana bilməyəcəyini açıq-aşkar etiraf etdi. “Ekol TV”yə geniş açıqlamalar verən Yalçın bu mövzunun onun üçün qapandığını və ən azı mövsümün sonuna qədər “Beşiktaş”dan heç kimlə görüşməyəcəyini vurğuladı.
Sərgəni anlamaq olar. Çünki yayda camiədə yenidən prezident seçkisi olacaq. Yeni prezident gələcəyi təqdirdə isə Sərgənlə yollar ayrıla bilər. Ən son xəbərlərdə Hüseyn Yücəlin Samet Aybaba və İbrahim Üzülməz ilə görüşdüyü qeyd olunub. Aybaba cari mövsümə “Beşiktaş”da baş əlaqələndirici kimi başlamış və bir neçə gün öncə istefa vermişdi. Amma onun şərti var. Aybaba baş məşqçi postuna gəlmək üçün transferlərə cavabdeh yönətici Kaan Şakulun istefaya göndərilməsini tələb edir. Ona görə də hələ ki əsas namizəd İbrahim Üzülməzdi. “Beşiktaş”da futbolçu kimi 11 il top qovan, 5 il kapitan sarğısını daşıyan və yüzillik yubileydə çempionluq qazanan Üzülməz ilə bu gün son detallar müzakirə ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri