Van der Vart: “Real Madrid” “Barselona”nı cəzalandıracaq”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Real Madrid”in sabiq futbolçusu Rafael van der Vart La Liqanın 10-cu turunda keçiriləcək “Barselona” - “Real Madrid” qarşılaşması ilə bağlı proqnozunu açıqlayıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu oktyabrın 25-də baş tutacaq El-Klasikoda Madrid təmsilçisinin qələbə qazanacağını düşünür.
“Gözləyirəm ki, “Real Madrid” bu oyunda qalib gələcək. “Barselona” yaxşı çıxış etsə də, düşünürəm ki, Madrid klubu kataloniyalıların top itkilərindən əks-hücumlar vasitəsilə səmərəli istifadə edə biləcək. İnanıram ki, “Real Madrid” “Barselona”nı cəzalandıracaq”, - deyə van der Vart bildirib.
O, Joze Mourinyonun rəhbərlik etdiyi komandanın oyun üslubunu da yüksək qiymətləndirib:
“Heç bir sürpriz gözləmirəm. Düşünürəm ki, Mourinyo “RB Leypsiq”ə qarşı evdə qələbə qazandıqları matçdakı heyəti demək olar ki, dəyişməyəcək.
“Real Madrid” qələbə maşınına çevrilib. Futbolçular baş məşqçiləri üçün mübarizə aparır və meydanın hər qarışında bütün güclərini ortaya qoyurlar. Mourinyonun üslubu aydındır: komanda mütəşəkkil və intizamlı futbol oynayır. Qələbə qazanmaq üçün mütləq gözəl futbol sərgiləmək lazım deyil. Əsas olan qalib gəlməkdir”.
Qeyd edək ki, “Barselona” - “Real Madrid” qarşılaşması oktyabrın 25-də “Kamp Nou” stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Oktyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















