Van Deyk “Matrix” qəhrəmanı kimi milliyə gəldi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Niderland millisinin kapitanı Vircil van Deyk maraqlı görünüşü ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, 35 yaşlı müdafiəçi milli komandanın düşərgəsinə uzun qara dəri plaş, tünd eynək və yeni saç düzümü ilə gəlib. Onun görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Azarkeşlər futbolçunu məşhur “Matrix” filminin qəhrəmanlarına, bəziləri isə “Blade” obrazına bənzədiblər.
Lakin Van Deykin millidə qalması uzun çəkməyib. O, düşərgəyə gəldiyi gün komandanı tərk edib.
Niderland Kral Futbol İttifaqının (KNVB) açıqlamasına görə, Vircil van Deyk və hücumçu Brayan Brobbi qarşıdakı Millətlər Liqası oyunlarında iştirak etmək üçün lazımi fiziki hazırlıq vəziyyətində deyillər.
Beləliklə, Niderland millisi noyabrın 13-də Yunanıstan, 16-da isə Almaniya ilə keçirəcəyi görüşlərdə kapitanının xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, Van Deyk son olaraq İngiltərə Premyer Liqasında “Kristal Palas”la oyunda 90 dəqiqə meydanda olub. “Liverpul” həmin qarşılaşmada 3:1 hesablı qələbə qazanıb.
Baxış sayı:84
Bu xəbər 10 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















