Van Nistelroy: “Tək mən yox, bütün komanda məyusdur”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Rud van Nistelroy Premyer Liqada “Çelsi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Məyusuq, çünki ikinci qolu vurmaq üçün şanslarımız var idi, ancaq bundan istifadə edə bilmədik. Tək mən yox, bütün komanda məyus olub. Son matçlarda fürsətləri qola çevirə bilmədiyimiz üçün xallar itiririk. Buna baxmayaraq, çoxlu şans yaratmağımız yaxşıdır. Buna görə çox narahat deyiləm. Uşaqlarda özünəinam yerinə gələndən sonra nəticələr də sıralanacaq”.

Van Nistelroy: “Tək mən yox, bütün komanda məyusdur”
04 Noyabr 2024 19:04
Van Nistelroy rəsmən Lesterdə
30 Noyabr 2024 09:48
Van Nistelroy “Lester”də
30 Noyabr 2024 00:26
Van Nistelroy Mançester Yunaytedlə vidalaşdı
11 Noyabr 2024 23:10
Rud van Nistelroy Mançester Yunayteddən AYRILDI
11 Noyabr 2024 22:10

