Vanda Nara son paylaşımı ilə yenə aləmi birbirinə qatdı FOTO
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
- +
Vanda Naranın anasının mesajlarını açıqlaması ilə gündəmə gələn son İnstaqram paylaşımı izləyiciləri arasında müzakirələrə səbəb olub.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, fotolarında filtr və “Photoshop” istifadə etdiyini bildirən Naranın izləyiciləri məşhuru yenidən tənqid edib.
Jurnalın gündəmini bomba kimi vuran iddiaya görə; Nara boşanma üçün aliment olaraq İkardinin 77 milyon avroluq sərvətinin yarısını, yəni 38,5 milyon avronu istəyir. Boşanma prosesi zamanı Wanda və İkardi aktivlərini bərabər şəkildə bölüşməli olacaqlar.
Vanda Nara anasının İkardiyə göndərdiyi mesajları İnstaqram hesabında paylaşıb. Mesajlarda ananın İkardi ilə görüşmək istədiyi, ancaq ulduz futbolçunun mesajlara cavab vermədiyi görülüb.
Vanda Naranın anasının İkardiyə göndərdiyi mesajları təqdim edirik:
“Mauro, axşamınız xeyir. Sabah əməliyyat olunacağını öyrəndim. Qızlar da bilirlər və biz də səni görməyə gəlmək istəyirik. Vanda da razılaşdı. Əməliyyatın harada və saat neçədə olacağını deyin, çünki biz sizi ziyarət etmək istəyirik”.
“Sabahın xeyir Mau, əməliyyatın üçün sənə ürəkdən uğurlar arzulayıram. Mən səni çox sevirəm və bu planetdə heç kim səni məndən çox sevə bilməz. Qızımın sevgisini itirib mesaj göndərdiyiniz günü kədərlə xatırlayıram. İllər əvvəl o qadın gözəl bir ailənin sonunun başlanğıcı idi”.
“Salam Mau, necəsən? Özünü yaxşı hiss edirsən, ağrın var? Qızları görməni istəyirəm. Onlar səni çox sevirlər və darıxırlar. Mənə hara desən, onları gətirə bilərəm. Bilirəm ki, hələ də içəridəsən. Argentina və siz uzun müddətdir ki, bir-birinizi görmürsünüz, sizi qucaqlayıram və sizi sevirəm”.
Əflatun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















