Icma.az
close
up
RU
Vanqa və Nostradamusun 2025ci illə bağlı PROQNOZLARI

Vanqa və Nostradamusun 2025ci illə bağlı PROQNOZLARI

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il yeni başlasa da, fəlakətlərdən başı açılmır desək, yanılmarıq. Maraqlısı odur ki, bununla bağlı müxtəlif zamanlarda öncəgörənlər proqnozlar verib. Xüsusilə, Vanqa və Nostradamus kimi məşhur kahinlərin fikirləri real və qorxulu olub.

Sfera.az 2025-ci illə bağlı geniş yayılan proqnozları təqdim edir.

Belə ki, Vanqanın proqnozlarının elmi əsası olmadığı, bəzilərinin isə qeyri-müəyyən və simvolik şəkildə şərh olunduğu bildirilsə də, onlardan bir çoxu vaxt keçdikcə özünü doğruldub.

Sözügedən kahin bu il üçün bunları qeyd etmişdi:

Kosmos və astronomik kəşflər - Vanqa 2025-ci il üçün bəşəriyyətin kosmosda böyük addımlar atacağını, yeni planetlərin kəşf ediləcəyini və hətta bəşəriyyətin digər planetlərdə məskunlaşma imkanı əldə edəcəyini proqnozlaşdırmışdı. Onun iddiasına görə, insanlar kosmosun dərinliklərinə səyahət edəcək və başqa dünyalardakı həyat şəraitlərini öyrənəcəklər. 

Təbiət fəlakətləri və iqlim dəyişikliyi - Vanqa 2025-ci il üçün iqlim dəyişikliyinin daha da güclənəcəyini və dünya miqyasında təbii fəlakətlərin sayının artacağını bildirib. Bu fəlakətlərə: sel və zəlzələlərin artması; sunami və güclü tufanların daha tez-tez baş verməsi; bəzi ərazilərin su altında qalması; iqlimlə bağlı quraqlıqların və əkinçiliyin məhv olması; yanğınların baş verməsi kimi hadisələr daxildir.

Sağlamlıq və tibbi kəşflər - Vanqa sağlamlıq sahəsində də irəliləyişlərin olacağını, hətta müəyyən ölümcül xəstəliklərin müalicəsinin tapılacağını proqnozlaşdırmışdı. Bu proqnozda tibb texnologiyasının çox irəli gedəcəyi və bəzi ölümcül xəstəliklərin tamamilə məğlub edilə biləcəyi vurğulanırdı.

Siyasi dəyişikliklər və dünya nizamı -  Vanqanın iddialarına görə, 2025-ci ildə dünyada siyasi nizamda bəzi köklü dəyişikliklər baş verəcək. Dünyada güc balansı dəyişə, bəzi böyük ölkələr çətinliklərlə üzləşə, yeni ittifaqlar qurula bilər. Siyasi sarsıntılarla yanaşı, dünyada stabilliyin pozulacağı, xüsusilə də beynəlxalq arenada gərginliklərin artacağı proqnozlaşdırılır.

İnsan ağılı və şüur inkişafı -  Bəzi iddialara görə, Vanqa insanların zehni inkişafı ilə bağlı proqnozlar verib. O, insanların 2025-ci ilə qədər şüur səviyyəsinin artacağını, fərqli düşüncə tərzləri, hətta telepatiya kimi qeyri-adi qabiliyyətlərin inkişaf edəcəyini deyirdi. 

Məşhur fransız kahin və astroloq Nostradamus da gələcəklə bağlı çoxlu proqnozlar verib. Onun 2025-ci il üçün xüsusi və dəqiq proqnozları olmasa da, bəzi tədqiqatçılar kahinin yazılarında 2025-ci ilə uyğun gələn bəzi proqnozlar gördüklərini iddia edirlər.

Beləliklə;

Siyasi və geosiyasi dəyişikliklər - Nostradamusun bəzi şərhçilərinə görə, 2025-ci il üçün dünya miqyasında böyük geosiyasi dəyişikliklər baş verə bilər. O, müharibələr, iğtişaşlar və siyasi böhranlarla bağlı çoxlu proqnozlar verib. Nostradamusun bəzi şeirləri 2025-ci ildə supergüclər arasında toqquşmaların olacağını, dünya miqyasında yeni bir soyuq müharibə və ya hətta genişmiqyaslı münaqişələrin baş verəcəyini proqnozlaşdırır. Onun proqnozlarının bir çoxu Avropanın siyasi və iqtisadi çətinliklərlə üzləşəcəyinə işarə edir. Bir neçə şərhçiyə görə, Avropa İttifaqı daxilində ayrılmalar və qarşıdurmalar ola bilər. Müxtəlif millətlər arasında gərginlik artacaq və bəzi ölkələr siyasi dəyişikliyə məcbur olacaq.

İqlim dəyişikliyi və fəlakətlər -  Nostradamusun yazılarında dünyanı bürüyəcək böyük istilik dalğalarına işarə edildiyi güman edilir. 2025-ci ildə iqlim dəyişikliyi daha da kəskinləşəcək və böyük quraqlıqlar, kənd təsərrüfatı üçün böyük təhlükə yaradan ekstremal hava şəraiti baş verəcək.  Bəzi şərhçilər, 2025-ci il üçün Nostradamusun zəlzələlər, vulkan püskürmələri və sunamilərin sayının artacağı ilə bağlı proqnozlar verdiyini deyirlər. Bu təbii fəlakətlər geniş coğrafiyalarda ciddi dağıntılara səbəb ola bilər.

Yerin atmosferində dəyişikliklər -  Bəzi təfsirçilər Nostradamusun Yer kürəsinin atmosferində böyük dəyişikliklər baş verəcəyini proqnozlaşdırdığını iddia edirlər. O, atmosferin zəhərli maddələrlə dolacağını və bunun insanlar və ekosistemlər üçün təhlükəli nəticələrə səbəb olacağını deyir. Bu hadisələr 2025-ci ildə daha da kəskinləşəcək və dünya miqyasında geniş ekoloji problemlər yaradacaq.

Günay 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri