Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Dünyanın ən nəhəng abidələri

Vaqarşapat seçkisi 2026 cı il üçün prelüdiya, yoxsa...

Vaqarşapat seçkisi 2026 cı il üçün prelüdiya, yoxsa...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Nikol Paşinyanın partiyası bu olaydan dərs çıxarmalıdır

Ermənistanın hakim siyasi qurumu – “Vətəndaş sazişi” partiyası Vaqarşapat icmasında keçirilmiş yerli əhəmiyyətli seçkilərdə qalib gəlib. Məlum olduğu kimi, icmanın inzibati mərkəzi ölkənin mənəvi paytaxtı sayılan və bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi Eçmiədzin şəhəridir.

Beləliklə, Ermənistan Mərkəzi Seçki Komissiyasının Vaqarşapat Ağsaqqallar Şurasına keçirilmiş seçkilər barədə açıqladığı məlumata görə, hakim partiya 15,298 səs alıb ki, bu da ümumi səslərin 48,5 faizi deməkdir. Nəticədə 33 üzvlü Ağsaqqallar Şurasında üç siyasi qüvvə təmsil olunacaq. “Vətəndaş sazişi” 19, “Qələbə” alyansı adlı qurum 12, “Ana Ermənistan” 2 mandat yerinə sahiblənəcək. Seçkilərdə iştirak etmiş digər beş partiya isə baryeri keçə bilmədiyindən şurada yer almayacaq. Düşünsək ki, Paşinyan iqtidarı ilə kilsə arasında ziddiyyətlər hazırda özünün pik səviyyəsindədir, birincinin, belə demək mümkünsə, ikincinin meydançasında uğur qazanması adi məsələ sayıla bilməz.

Bəli, mütləq üstünlük qazanan “Vətəndaş sazişi” koalisiya yaratmadan da Eçmiədzində meri təkbaşına müəyyənləşdirmək imkanı əldə edib. Amma hökumətlə Ermənistan Apostol Kilsəsi arasında gərginliyin artdığı bir vaxtda keçirilən səsvermənin nəticələri ölkədə ziddiyyətli reaksiyalar doğurub. Bəziləri bunu qələbə kimi qiymətləndirdiyi halda, digərləri nəticəni müxalifətin parçalanması barədə xəbərdarlıq olaraq görür. Baş nazir Paşinyanın fikrinə gəlincə, o, “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib ki, hazırkı nəticələr 2026-cı ildə keçiriləcək parlament seçkilərinin “uca səslənən prelüdiyası”dır.

Nikol təmsil olunduğu iqtidarın gələnilki prosesdən də qalib ayrılacağının anonsunu verib. Əlbəttə, Paşinyan bu zaman pafosu da yaddan çıxarmayıb və bu seçkiləri “suverenliyin və dövlətçiliyin möhkəmləndirilməsi siyasətinə dəstək” kimi qiymətləndirib. Ən çox rezonans doğuran fikir isə Nikolun Vaqarşapat seçicilərinin “Birinci Taxt Müqəddəs Eçmiədzinin Ktriç Nersisyandan (Katolikos II Qareginin dünyəvi adı – red.) azad olunması prosesinə mühüm enerji verdikləri” barədəki bəyanatı olub. Baş nazir, həmçinin, öz namizədi Argişti Mehakyana təbrik göndərib və sakinlərdən əvvəlki səhvlər üçün üzr istəyib.

Əlbəttə, müxalifət təmsilçilərinin Vaqarşapat icmasına seçkilərin nəticələrinə münasibəti fərqlidir. Məsələn, əks cinaha məxsus “Birləşmə Qanadları” partiyasının üzvü David Ananyan “Facebook” səhifəsində yazıb ki, “Vətəndaş sazişi”nin qələbəsi “cəmiyyətin əksəriyyətinin dəstəyi hesabına deyil, seçki riyaziyyatına” görədir. O vurğulayıb ki, hakim partiya mandat çoxluğu alsa da, onun 15298 səsi icmada qeydiyyatdan keçmiş bütün seçicilərin (69,866 nəfər) cəmi 21,8 faizidir.

D.Ananyanın sözlərinə görə, mövcud seçki sistemi (D’Ondt metodu və yüksək baryerlər) “süni çoxluq” yaradır və keçə bilməyən partiyalara verilmiş səsləri “yandırır”. Yəni səsləri sıradan çıxarır və bu durum 2026-cı il üçün xəbərdarlıqdır. Əgər müxalifət parçalanmış vəziyyətdə qalsa, hakimiyyət yenə də eyni riyazi məntiqlə qalib gələcək. Başqa sözlə desək, iqtidarın gələnilki prosesdə, hətta mütləq əksəriyyətin dəstəyi olmadan belə uğur qazanması mümkündür.

Müxalifyönümlü “Hraparak” qəzetinin redaktoru Armine Ohanyan da nəticələrin əvvəlcədən proqnozlaşdırıla bilən olduğunu bildirib. O, müxalifətin uğursuzluğunun üç səbəbini müəyyənləşdirib. Birinci səbəb kimi, iqtidara qarşı mübarizə aparan namizədlərin zəifliyini vurğulayıb. Jurnalistin sözlərinə görə, insanlar namizədləri təkcə hakimiyyətin əleyhinə olduqları üçün seçmirlər. Başlıca vəzifə xalqın lehinə səs vermək istədiyi namizəd olmaqdır. Belə biri isə istisnadır.

Ohanyan hakimiyyətin uğurunun ikinci səbəbi qismində “spoyler” partiyaların siyasi mənzərədə boy göstərmələrini vurğulayıb. Onun sözlərinə görə, kiçik partiyalar boş ambisiyalarla müxalifətin səslərini parçalayaraq hakimiyyətə kömək edirlər. Redaktor müxalifətin uğursuzluğuna səbəb olan digər amildən də söz açaraq vurğulayıb ki, əks düşərgə xalqdan uzaq düşüb. Jurnalist bu cinahın təmsilçilərini kabinetlərdən çıxmağa, intriqalara son qoymağa və bölgələrdə insanlarla real işləməyə çağırıb, hətta onları seçicilərə biganəlikdə də günahlandırıb.

Ümumən, Vaqarşapat seçkilərinin nəticələri göstərdi ki, Ermənistanda hakimiyyətin institsional üstünlüyü davam edir. Çünki hakim partiya az dəstəyə rəğmən mütləq çoxluq qazandı. Bu, Paşinyana məxsus yerli strukturların hələ də güclü işlədiyinin göstəricisidir. İkinci məqam budur ki, hazırkı nəticələr Ermənistandakı kilsə-hökumət qarşıdurmasının artıq seçici davranışına təsir edən siyasi faktora çevrildiyini göstərdi. Başqa sözlə desək, Paşinyanın seçkini Eçmiədzinlə mübarizə kontekstində təqdim etməsi, prosesin dini industriya qarşısında siyasi mandat şəklində izahına gətirib çıxardı.

Hər bir halda Vaqarşapat seçkilərinin hakim partiyanın qələbəsi ilə yekunlaşması onu göstərir ki, Paşinyan iqtidarı xalq içərisindəki nüfuzunu qoruyur və bu, gələcək üçün müstəsna dividenddir. Deməli, indidən 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində favorit siyasi qüvvənin kimliyi bəllidir. Əlbəttə, hazırkı nəticələr arxayınlaşmaq üçün əsas vermir. Çünki hakim düşərgənin Vaqarşapatdakı qələbəsini doğuran amil heç də “Vətəndaş sazişi”nin xalq içərisindəki mütləq nüfuzu yox, müxalifətin zəifliyi idi. Müxalifət isə dərs çıxara bilər. Hərçənd, onun gerçək konsolidasiya imkanlarının zəifliyi də aşkardır.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17652

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1063

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see242

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see192

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see125

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri