Icma.az
close
up
RU
Vaqif Cavadov: Bəziləri deyə bilər ki, Sumqayıt rahatlaşıb, amma elə şey yoxdur

Vaqif Cavadov: Bəziləri deyə bilər ki, Sumqayıt rahatlaşıb, amma elə şey yoxdur

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Sumqayıtı təbrik edirəm. Bizim bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da, istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə "Sumqayıt" daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 14-cü turunun "Şamaxı" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Son dörd oyunda üç qələbə qazanmısız. Uğursuzluq zolağından tamamilə çıxdığınızı deyə bilərik?

- Deməzdim. Hər oyun çətindir. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, "Sumqayıt" rahatlaşıb. Elə şey yoxdur. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidir.

- Avrokuboklar uğrunda mübarizədə özünüzə şans görürsüz, yoxsa gecdir?

- Üç oyunda qələbə qazanmışıq və indi artıq avrokubokları düşünmək...Hər bir klub bunu istəyir. Biz də həmçinin. Hər matçda bugünkü kimi mübarizə aparsaq, bir də gördünüz ki, klubumuz avrokuboklarda çıxış edir.

- Daha çox azarkeşin olacağı gözlənilirdi, amma bu cür olmadı. Sizcə, bu nə ilə bağlı idi?

Bəlkə də bazar günüdür, oyun da axşam saatlarında idi deyə, belə alındı. Sabah məktəb də var. Azarkeşlərə ehtiyacımız var. Onlar da gəlsin, dəstək olsunlar, bizə köməklik göstərsinlər. Gələnlərə də təşəkkür edirəm. Gəlməyənlər də. Bilirəm ki, ürəkləri bizimlədir.

- Rəhim Sadıqovu məhsuldarlıq baxımından geri qaytarmaq mümkün olacaq?

Son oyunlar onu göstərir ki, Rəhim meydançada başqa cürdür. Yavaş-yavaş özünü doğruldacaq. Komandanın əsas oyunçularından biridir. Biz ona güvənirik. İnanırıq ki, növbəti oyunda daha yaxşı formada olacaq.

- Bəzi baş məşqçilər milli komandamız haqda danışmaq istəmir. Siz millimizin durumu haqda nə düşünürsüz?

Hamımızın millisidir. Millidə oynayanda da, indi də deyirəm ki, pis və ya yaxşı, bizim millidir. Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik. Veteranlar, futbolçular, məşqçilər, media işçiləri, hamımız birlikdə nə lazımdırsa ortaq məxrəcə gəlməliyik və millimizi qələbələrə aparmalıyıq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Noyabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri