Vaqif Cavadov gəldi, Samir Abasovun qərarını dəyişdi
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sumqayıt”ın yeni baş məşqçisi Vaqif Cavadov sələfi Samir Abasovla müqayisədə klubdaxili intizam qaydalarını bir qədər sərtləşdirib. Onun istəyi ilə futbolçular hər matçdan öncə oteldə yığışacaq.
Halbuki Samir Abasovun dönəmində oyuna birbaşa evdən yollanırdılar. Ümumiyyətlə, Vaqif Cavadov gələndən sonra komandada işin qurulmasında hansısa yeniliklər varmı? Bu sualları “Sumqayıt”ın mətbuat xidməti rəhbəri Zaur Xudiyevə ünvanladıq:
“Bu təkcə bizdə olan bir şey deyil. Bir çox komandalar bu üsuldan yararlanır. “Araz-Naxçıvan” da, “Turan Tovuz” da, başqaları da... Bu, sadəcə, baş məşqçinin seçimidi. Hansısa bir intizam pozuntusundan, işin düzgün qurulmamasından söhbət gedə bilməz. Məşqçilərin tərzi fərqlidi. Dünya futbolunda da, Türkiyə futbolunda da belə oyunöncəsi kamp məsələsi var”.
ƏSƏD SEYİDOV
Baxış sayı:86
Bu xəbər 04 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















