Icma.az
close
up
RU
Vaqif Cavadovdan Samir Abasova sərt cəza

Vaqif Cavadovdan Samir Abasova sərt cəza

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sumqayıt – Neftçi (Bakı) 2:0 (2:0)
1. Mehdi Cənnətov – 6,0
14. Elvin Bədəlov (k) – 6,0
10. Rəhim Sadıxov – 5,5
(2. Sərtan Taşkın, 72) – 5,5
7. Rövlan Muradov – 6,0
17. Murad Xaçayev – 5,5
30. Kamran Quliyev – 6,5
(5. Alan Dias, 90) – qiymətsiz
20. Ayxan Süleymanlı – 5,5
19. Roy Kehat – 6,0
(41. Uğur Cahangirov, 90) – qiymətsiz
95. Miloş Miloviç – 5,0
23. Cordan Rezabala – 6,0
(66. Ruslan Əliyev, 78) – qiymətsiz
60. Tresor Mossi - 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
21. Nihat Əhmədzadə
24. Sənan Muradlı
64. Kənan Feyziyev
9. Nikola Vuynoviç
18. Kristian Velinovski
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Kamran Quliyev
93. Rza Cəfərov (k) – 6,0
3. Höccət Haqverdi – 5,0
17. Rəhman Hacıyev – 5,5
(77. Yeqor Boqomolski, 69) – 5,0
90. Ramil Şeydayev – 5,0
(22. Dembo Darbo, 46) – 5,0
13. Emil Səfərov – 5,5
6. Rafael Quzzo – 5,5
(10. Filip Ozobiç, 46) – 6,0
99. Ervin Koffi – 5,0
23. Robert Bauer – 4,5
(4. Mark Tamaş, 23) – 5,0
24. Mustafa Sek – 5,5
11. Kilan Lebon – 5,0
88. Andrey Ştoqrin – 5,0
(47. Murad Məmmədov, 62) – 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstam Samiqullin
7. Azər Əliyev
91. Ağadadaş Salyanski
20. Alfa Konte
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: K.Quliyev, 20 (1:0, R.Kehat). C.Rezabala, 43 (2:0).
Vərəqələr: K.Quliyev, 37 (qeyri-idman hərəkəti). E.Səfərov, 43 (qeyri-idman hərəkəti). E.Bədəlov, 53 (qeyri-idman hərəkəti). R.Muradov, 64 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
8 dekabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 2000 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ən müxtəlif səbəblərdən oyuna maraq yetərincə böyük idi. Həm bu komandalar arasında prinsipial rəqabət var, həm də Samir Abasov qısa fasilədən sonra doğma şəhərə təşrif buyurmuşdu. Sadəcə, bu dəfə rəqibin, yəni “Neftçi”nin baş məşqçisi kimi. Vaqif Cavadov isə “Sumqayıt” rəhbərliyinə klub üçün həmkarından daha faydalı olduğunu sübut etmək niyyətində idi. Sonda tabloya yazılan hesab məhz bunu göstərdi. Bəs oyun necə cərəyan etdi?
“Neftçi” artıq 5-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Quzzonun cərimə meydançasına ötürdüyü topu Kamran çox yöndəmsiz şəkildə uzaqlaşdırdı ki, belədə Şeydayev zərbə mövqeyinə çıxdı. Amma Ramil topa elə bərbad zərbə vurdu ki, şəxsən mən də onun kimi vura bilərdim. 11-ci dəqiqədə isə Koffinin zərbəsindən sonra top qapının üzərindən keçdi. “Vurmayana vurarlar” prinsipi 20-ci dəqiqədə Allah bilir dünya futbolunda neçənci dəfə işə düşdü. Kehatın incə ötürməsindən sonra Kamran Quliyev zərbə mövqeyinə çıxdı və hesabı açdı. Bu epizodda Bauer də, Sek də, Səfərov da kobud səhvə yol verdi.
25-ci dəqiqqədə Rəhmanın qapı önünə ötürməsi zamanı Ştoqrin topa toxuna bilmədisə, Quzzo da tiri “nişan aldı”. 43-cü dəqiqədə səhv növbəsi yenə Sekə çatdı. Çox sadə bir epizodda topu uzaqlaşdıra bilməyən Mustafa Rezabalanın qapıya güclü və dəqiq zərbəsini izləməyə məcbur idi. İndiki “Neftçi”nin belə oyunla 0:2-nin “altından çıxacağı” qətiyyən inandırıcı görünmürdü. Zaman bu qənaəti doğrultdu. “Ağ-qaralar” 2-ci hissədə də özünə gələ bilmədi. 50-ci dəqiqədə Rəhmanın qapıya zərbəsi qeyri-dəqiq oldu. İki dəqiqə sonra Darbo “çərçivə”yə düşə bilmədi. 58-ci dəqiqədə Ştoqrinin fərqlənməsinin qarşısını Cənnətov aldı. 67-ci dəqiqədə meydan sahibləri yaxşı hücum qurdu. Rəhim Sadıxovun ötürməsindən sonra Kamranın zərbəsi qapıdan aralı keçdi. Sona yaxın Boqomolski də fərqi azaltmaq imkanlarını boşa verdi.
Beləliklə, cari mövsümdə 7-ci dəfə məğlubiyyətlə barışan “Neftçi”nin qara günləri davam edir. Samir Abasov bu komandanı heç cür vəziyyətdən çıxara bilmir. Ümidverici heç bir əlamət yoxdu!
Gözdən qaçmadı
* “Kimyaçılar” fanklubu oyunun əvvəlindən sonuna qədər Samir Abasovun ünvanına tənqidi və kinayəli şüarlar səsləndirdi: “Samir, “Neftçi”ni çempion elə”, “Samir, “Neftçi”yə hamballıq elə”, “İşıqları söndürün, biz başlayırıq” və s. və i.a. “UltraSumqayıt”ı isə polis sakitləşdirməli oldu.
* Vaqif Cavadov hər iki qola çılğın reaksiya verdi.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Dekabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri