Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Vaqif Cavadovun inadı “Sumqayıt”ı uçuruma aparır... YAZI

Vaqif Cavadovun inadı “Sumqayıt”ı uçuruma aparır... YAZI

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu yazını qələmə almağımın səbəbi Misli premyer-liqasının 24-cü turunun “Neftçi” – “Sumqayıt” matçından sonra media nümayəndələrinin önünə çıxan Vaqif Cavadovun söylədikləri deyil.

Baxmayaraq ki, o, “inanıram ki, həm oyunla, həm də hakimliklə bağlı ədalətli təhlillər yazacaqsız. Sizin ədalətli yazılarınızı oxumuşuq. İnanıram ki, yenə belə məqalələr yazacaqsız” ifadələriylə futbol diliylə desək, topu jurnalistlərə ötürdü. İş belədisə, oynayaq Cavadov...
Təbii ki, “Futbol+” nəinki premyer-liqa matçlarını, aşağı liqaları əhatə edən oyunlarda yaşanan ədalətsizlikləri də hərtərəfli işıqlandırmaqda maraqlıdı və imkan daxilində buna çalışır. Oxucularımız da agahdı ki, hər turdan sonra “Hakimlərin mühakiməsi” rubrikasını təqdim edir, məhz ədalət təmsilçilərinin fəaliyyətinə işıq salmağa, qərarları saf-çürük etməyə çalışırıq. Əlbəttə, bu dəfə də ənənəmizə sadiq qalmışıq. Lakin 10 oyuna çatan qələbəsizlik seriyasını və “qol orucu”nu yalnız hakimliyin səviyyəsiylə əlaqələndirmək Vaqif Cavadovun ayıbını örtməkdən başqa nəyəsə yaramayacaq. Onsuz da baş məşqçi özü bunun üçün əlindən gələni əsirgəmir. Onun strategiyası bizə sonda istefa verməyə məcbur qalan xeyli baş məşqçi sayəsində tanışdı.
“Sumqayıt”ın çalışdırıcısı premyer-liqa təcrübəsinə malik olmasa da, biz uğursuzluqların günahını özündən başqa hamıda axtaran xeyli məşqçi tanımışıq. Qısası, Cavadovun tənqidlərin istiqamətini dəyişmək cəhdi yalnız hadisələrin axarından bixəbər şəxslərə təsir edə bilər və biz həmin adamlardan deyilik!
“Kimyaçılar”ın “kimyasını kim pozub”? Vaqif Cavadov üçün burda bir neçə məqam var. O, komandaya müvəqqəti baş məşqçi təyin ediləndə yaşanan uğursuzluqları futbolçuların fiziki hazırlığıyla izah etdi. Ardınca xal ehtiyatını artıran kollektiv avrokuboklar üçün ümid verdi. Burda söhbət mövsümün ikinci yarısında başlayan “qara zolaq” üzündən imkansıza çevrilən arzulardan gedir. Baş məşqçinin növbəti tapıntısı isə dualarla bağlı oldu. Sən demə, kimsə “Sumqayıt”ın qol vurmaması üçün dua edir. Mütəxəssis etiraf etməsə də, bu sözlərlə “Neftçi”yə və baş məşqçisi Samir Abasova söz atdığına şübhə etmirəm. Axı “gənclik şəhəri”nin təmsilçisi sonuncu qələbəsini (2:0) məhz “ağ-qaralar” üzərində qazanıb.
Cavadovun növbəti “sığınacaqları” hakimlərin ədalətsiz qərarları, ardından futbolçuların yetərsizliyi oldu.
Hər halda, Vaqif Cavadovun özünü “sığortalamaq” səyləri fayda verə bilməz. Bəy, peşəkar futbolçular, xüsusilə legionerlər ilə işləmək, ildən-ilə gərginliyin artdığı, idman prinsipinin qorunması timsalında mübarizələrin turdan-tura qızışdığı premyer-liqada çalışmaq təcrübəniz varmı? Əlbəttə, istənilən komanda böhran yaşaya, “qara zolaq”la üzləşə bilər. Bəs, siz xaosun idarə edilməsi yönündə bilik və bacarıqlara sahibsizmi? Yəqin ki, xəbərdarsız. Biz jurnalistlərin “Sumqayıt”ın futbolçularıyla danışmaq cəhdlərimiz fayda vermir. Ona görə ki, “kimyaçılar”ın qələbə qazanmadıqca media nümayəndələrinə müsahibə verməsi qadağan edilib. Bəs, sizin oyunçularla, ən əsası, aparıcı və yerli futbolçularla ünsiyyətiniz hansı səviyyədədi? Desəz ki, hansısa problem yoxdu, vallah, inanmaram. Hər fürsətdə qüsurlarını el-aləmə car çəkib onsuz da qaydasında olmayan psixoloji durumunu korladığınız komanda sizə münasibətdə necə səmimi ola bilər?
Təkcə bu məqamlar Vaqif Cavadovun premyer-liqadakı işi ilə bağlı ciddi çatışmazlıqların olduğunun göstəricisidi. Bəli, heyətə yeni cəlb edilən futbolçular özünü yaxşı tərəfdən göstərə bilmir. Məhz bu səbəbdən klubun seleksiya xidmətinin əməkdaşlarını da qınamaq olar. Elə prezident Riad Rədiyevi də. Axı baş məşqçi belə nəticələrə görə məsuliyyət daşıyırsa, rəhbər şəxs yaxasını kənara çəkə bilməz. O da dərhal müvafiq tədbirlər görmədiyinə görə özünü sorğuya çəkməlidi. Məsələn, “böyük şəhərin tək komandası”nı belə qızğın mübarizə şəraitində təcrübəsiz məşqçinin öhdəsinə buraxdığına, öz menecerlik təcrübəsindən heyətin formalaşdırılmasında layiqincə yararlanmadığına görə hərəkətə keçməlidi.
Kəsəsi, reallıqdan qaçmaq olmaz. Vaqif Cavadov bacarmır. Bəli-bəli, təcrübəsi çatmır. Ona verəcəyimiz maksimum dəstək isə yola düşməyin vaxtının çatdığını deməkdi. İnadkarlıq nə “Sumqayıt”a fayda verəcək, nə də mütəxəssisin gələcək karyerasına. İstefa vermək mədəniyyətindən yararlanmaq lazımdı, Cavadov. Hələ tez imiş. Baş məşqçi postunda əyləşmək, Sumqayıt kimi şəhərin futbolunda aparıcı sima olmaq, bu qədər ciddi məsuliyyəti çiyinlərin üzərində danışmaq üçün tez imiş.
“Sumqayıt” təcrübə meydanına çevriləcək qədər kiçik klub, Sumqayıt 1-ci liqaya sığışacaq qədər kiçik şəhər deyil. Böyük şəhərin təcrübə baxımından böyük baş məşqçiyə ehtiyacı var. Siz də bir böyüklük edin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri