Vaqif Məmmədəliyev: Arifin insanlığı və yol yoldaşlığı çox yaxşı idi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Arif Babayev mənim çox yaxın dostum idi. Ona görə də bu gün mənə danışmaq çox ağırdır".
Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Vaqif Məmmədəliyev Arif Babayevlə vida mərasimində deyib.
O, Arif Babayevin qəlbinin muğamla düşündüyünü söyləyib:
"Bu gün danışmaq çox ağırdır. O mənim dostum idi. Bir yerdə çox çörək kəsmişik. Onun qəlbi muğamla döyünürdü. Arifin insanlığı yol yoldaşlığı çox yaxşı idi".
Xalq artisti qeyd edib ki, Arif Babayev arxasında çox böyük ordu (tələbə) qoyub gedib:
"Onun tələbələri onu həddən artıq çox istəyirlər. Dövlət qarşısında onun çox böyük xidmətləri var idi. Çətin olsa da, ölümlə barışmaq lazımdır. Bu gün bura yığılanlar ona verilən qiymətin, dəyərin bir nümunəsidir. Bu onu göstərir ki, o, hələ də həyatda yaşayır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















