Vaqif Sadıqov: Bu da çempionatın səviyyəsinin yüksəlməsindən xəbər verir
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Premyer Liqada rəqabət artır, maraqlı çempionatın şahidi oluruq". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri geridə qalan mövsümü intiriqalı çempionat adlandırıb:
"Turnir cədvəlində ilk iki yerdə qərarlaşan komandalarla digərləri arasında xal fərqi çox oldu. Buna baxmayaraq, intiriqa kubokun finalına qədər qalır. Bu da çempionatın səviyyəsinin yüksəlməsindən xəbər verir. Hər bir komandada eniş yaşana bilər. "Qarabağ"ın "Neftçi"ni turnir cədvəlində 46 xal qabağlaması bu mövsümə təsadüf etdi. Arzu edək ki, bundan sonra əzəmətli, yüksək səviyyəli və yuxarı pillələr uğrunda mübarizə aparan "Neftçi"ni görək".
Qeyd edək ki, Misli Premyer Liqasının cari mövsümdəki çempionu "Qarabağ" olub. "Zirə" 2-ci, "Araz-Naxçıvan" 3-cü yeri tutub. Bayıl təmsilçisi "Səbail" isə Birinci Liqaya yuvarlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















