Icma.az
close
up
RU
Vaqif Sadıqov “Neftçi” “Qarabağ” oyunundan danışdı

Vaqif Sadıqov “Neftçi” “Qarabağ” oyunundan danışdı

Icma.az bildirir, Metbuat portalına istinadən.

“Ötən gün əsl derbinin şahidi olduq. “Qarabağ” və “Neftçi” bizə əsl futbol bayramı yaşatdı. Bir daha anladıq ki, futbol azarkeşlərlə gözəldir”.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasında “Qarabağ”ın səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldiyi XXIII turun mərkəzi oyunu barədə danışarkən deyib.

Mütəxəssis hər iki komandanın qarşılaşmaya çox yaxşı hazırlaşdığını söyləyib: “Neftçi” ilk dəqiqələrdə çox yaxşı təsir bağışladı. Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medinanın 22-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması “Neftçi”nin oyun planında dəyişiklik etməsinə səbəb oldu. Onlar tamamilə fərqli oyuna, tam heyətlə mübarizəyə hazırlaşmışdılar. Rəqib azlıqda qaldığı dəqiqədən sonra dominant oyun nümayiş etdirə bilmədilər. Bu da onun göstəricisidir ki, bu komanda dominantlığını axıra qədər davam etdirmək gücündə deyil. Demək olar ki, son ana kimi bərabər səviyyədə mübarizə getdi. Nəticəni keyfiyyət müəyyənləşdirdi. “Qarabağ” keyfiyyətcə üstün olduğunu son dəqiqələrdə bir daha sübut etdi və yekunda qarşılaşmanı öz xeyrinə bitirə bildi”.

Onun sözlərinə görə, Bakı klubu son dönəmlərdə əvvəlki əzəmətini geri qaytarmağa çalışır: “Son matçlarda yaxşı nəticələr əldə edirlər. Derbinin 1:0 hesabı ilə bitəcəyini öncədən də təxmin etmək olardı. Daha əvvəl də bildirmişdim ki, biz gərgin və olduqca maraqlı görüşün şahidi olacağıq. Dünən Samir Abasovun komandası düzgün yolda olduğunu, Azərbaycan futbolunu Avropada tanıdan kluba qarşı layiqli mübarizə apara biləcəyini göstərdi. “Neftçi”ni sevənlər çoxdur. Azarkeşlər “Qarabağ”la matçda bir daha sübut etdilər ki, heç bir oyunda komandalarını dəstəksiz qoymayacaqlar. Ümid edirəm ki, bu köklü klub qələbələr əldə edərək, bundan sonra da inkişafa doğru gedəcək”.

Qeyd edək ki, bu qələbə ilə xallarını 56-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 24 xalla 6-cı pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri