Icma.az
close
up
RU
Vaqif Sadıqovun “Sabah” və “Araz Naxçıvan”dan GÖZLƏNTİLƏRİ

Vaqif Sadıqovun “Sabah” və “Araz Naxçıvan”dan GÖZLƏNTİLƏRİ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ı hər oyunda çox qol vuran, “Araz-Naxçıvan”ı isə ilklərə imza atan avrokubok təmsilçimiz kimi qələmə verə bilərik. Düşünürəm, hər iki Azərbaycan klubunun mərhələni adlamaq şansları var”.

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) və “Levski” (Bolqarıstan) – “Sabah” oyunu barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis Azərbaycan klublarının ilk görüşdən müsbət nəticə əldə edə biləcəyinə inamını bildirib: “Sevindirici haldır ki, hər iki klub mərhələ adlayaraq bizi sevindirir. Ötən oyunlardakı performans və göstərilən oyun ümid verir. Hesab edirəm ki, “qırmızı-ağlar” da, “bayquşlar” da rəqiblərini üstələyə bilərlər”.

Sadıqov Masazır təmsilçisinin Bolqarıstan klubu ilə ilk oyundan yaxşı nəticə ilə çıxacağını qeyd edib: “Mərhələ adladıqca rəqiblərin səviyyəsi artır. Valdas Dambrauskasın komandasını güclü tarixə malik Bolqarıstan komandası “Levski” sınağı gözləyir. Düşünürəm, bu rəqibə qarşı da inamlı təsir bağışlayacaqlar. Ümumiyyətlə, bir qədər geri dönsək, “Sabah” Sloveniyanın “Tsele” klubuna uduzaraq layiq olmadan Konfrans Liqasına düşdü. Bu turnirdə yola davam etmək üçün isə tam gücünü sərf edəcək. "Bayquşlar" Bolqarıstan komandasına qarşı son ana qədər mübarizə aparacaqlar”.

66 yaşlı mütəxəssis Elmar Baxşıyevin komandasından da gözləntilərini bölüşüb: “İlk dəfə avrokuboklara vəsiqə qazanan komanda, birinci dəfə mərhələ adlayan klub olaraq bizi yaxşı mənada təəccübləndirirlər. Ümid edirəm ki, Kipr “Omoniya”sına qarşı bundan da böyük ilkə imza atacaqlar. Nə qədər ağır olsa da, “Araz-Naxçıvan” “Omoniya”nı keçməyə qadirdir. İnanaq ki, “qırmızı-ağlar” ilkə imza atmaqla bizi sevindirəcək”.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” görüşü “Dalğa Arena”da saat 22:00-da, “Levski” - “Sabah” oyunu isə Sofiyada, “Georgi Asparuxov” stadionunda saat 22:00-da baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri