Icma.az
close
up
RU
“VAR ın işindən narazıyam” “İmişli”nin baş məşqçisi

“VAR ın işindən narazıyam” “İmişli”nin baş məşqçisi

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VI turunun “İmişli” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun gözlədiyimiz kimi çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayırlar. Çox çətin oyun oldu. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apara bildilər. Birinci hissədə vurulan qol bizim üçün çox vacib idi. Buna görə ikinci yarıya daha rahat başladıq. “Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün pozitiv nəticədir.

– “Turan Tovuz”la oyunda son dəqiqələrdə qol buraxdız, bu gün “Zirə” ilə heç-heçə etdiz. Sizcə, “Qarabağ”ı məğlub etmək mümkündür?
– Əlbəttə ki, mümkündür. Top yumrudur. Bu, futboldur. Kiminsə bəxti daha çox gətirə bilər. Əgər “Qarabağ”ın pis günü, bizim isə yaxşı günümüzdürsə, mümkündür. Əksi də ola bilər. Nəzərə almaq lazımdır ki, “Qarabağ” çempionatın ən güclü komandasıdır.

– Qol buraxdığınız epizodu necə şərh edərdiniz?
– Meydançanın vəziyyətinə və yağış yağdığına görə ola bilər. Elə epizodlarda top oyunçulara dəyib kənara düşə bilər. Bizim vurduğumuz qolda da meydança amilinin təsiri var idi.

– Qapıçı Andrey Sinenka inamlı çıxış edir. Bu gün ilk qolu buraxdı. Qışda onu itirəcəyinizdən qorxmursuz?
– Əlbəttə ki, hər şey mümkündür. Amma çalışacağıq ki, onu saxlayaq. Fantastik qapıçıdır. Məşqlərdə özünü yaxşı göstərir, komandada onu öz yeri var. Gördüyünüz kimi oyunlarda da inamlıdır. Əgər ona təkliflər olsa, biz işimizi davam etdirəcəyik. Bizim başqa oyunçularımız da var.

– Demək olar ki, Azərbaycan Premyer Liqasında uğur qazanmağın sirri fikizi hazırlığın yaxşı olmasıdır?
– Fiziki, fərdi və taktiki keyfiyyətlər vacibdir. Komandada taktiki intizamın olması vacibdir. Əlbəttə ki, “İmişli” fiziki cəhətdən güclü olduğunu göstərir. Məşqlərimiz çox sərt keçir. Amma çox qaçmaq futbol deyil. Əsas odur ki, komanda taktiki cəhətdən intizamlı oynasın.

– Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?
– Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyundan üç xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri