“Varajdin”in baş məşqçisi demişdi ki, Rüfətə şans verəcəyik, sadəcə...” “təslim aktı”nın tarixçəsi
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bilindiyi kimi, ötən ilin iyulunda “Varajdin”ə transfer olunan Rüfət Abdullazadə bir neçə gün əvvəl icarə əsasında “Zirə”yə keçdi. “Qartallar” onu sonradan transfer etmək hüququyla heyətinə qatdı.
Yarımmüdafiəçinin bu qərar üzündən xeyli tənqidə məruz qaldığını bilirik. O, elə “Futbol+”in səhifələrində də qınanıldı. İş ondadı ki, futbolçunun addımı, demək olar ki, hamı üçün sürpriz oldu. Axı söhbət adının əvvəl “Kəpəz”lə hallanıb sonra “Zirə”yə keçməsindən yox, Xorvatiya çempionatındakı rəqabətə tab gətirə bilməməsindən, tez təslim olmasından, necə deyərlər, asan yol seçməsindən gedir.
Halbuki Rüfətin meneceri Emil Əsədov sözügedən transfer gerçəkləşməmiş saytımıza açıqlamasında futbolçunun “Varajdin”də hansısa problem yaşamadığını, legioner həyatı yaşamaq arzusunu reallaşdırdığını və ona bir qədər vaxt lazım olduğunu demişdi.
Maraqlıdı, bəs, qısa müddətdə nə dəyişdi? Nə baş verdi ki, Rüfət “Zirə”ni seçmək qərarına gəldi?
Bu suallarla yenidən Emil bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Əvvəl də dediyim kimi, “Varajdin”də hansısa problem yox idi. Əksinə, vəziyyət yaxşı idi. Onun Xorvatiya çempionatındakı statistikası Azərbaycan gedən futbolçu üçün yetərincə yaxşı idi. 10 oyunda şans qazanmışdı. Problem, sadəcə, start heyətinə düşməkdə idi. Amma onsuz da müqavilənin müddəti üç ildi. Təbii ki, bu müddət uyğunlaşma dövrünü də əhatə edir. “Varajdin”in baş məşqçisi demişdi ki, Rüfətə şans verəcəyik, sadəcə, futbolçu Azərbaycana qayıdandan sonra yerli klublar da onunla maraqlanmağa başladı. Belədə “Varajdin”dən oyunçuya nə vaxt şans verəcəklərini soruşduq. Klubun idman direktoru və baş məşqçisi ilə danışıqlar apardıq. Rüfətlə Azərbaycan klublarıyla yanaşı, Avropanının aşağı səviyyəli komandaları da maraqlanırdı. Bu ərəfədə “Zirə”dən də təklif gəldi. “Varajdin” də razılıq verdi ki, bu komandayla danışıqlar olsun. O, “Zirə”də daha çox şans qazanacaq. Nəticədə yayda daha yaxşı formada olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















