Vardanyan Azər Məhərrəmovdan imtina etdi KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, fevralın 13-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
KONKRET.az xəbər verir ki, iclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib.
İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib.
Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.//Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Fevral 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















