Icma.az
close
up
RU
Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir Euronews

Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir Euronews

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı və onun müttəfiqləri Moskvanın oliqarx agentlərinə qarşı bərabər və sərt tədbirlər görməlidir.

Manset.az Report-a istinadən xəbər verir ki,  bu barədə "Euronews" saytında dərc olunan məqalədə bildirilib.

Məqalədə söhbət erməniəslli oliqarx, Qarabağdakı separatçı rejimdə "dövlət naziri" olmuş Ruben Vardanyan və Moldovalı müxalif siyasətçi, moskvayönümlü İlan Şordan gedir.

Bildirilir ki, onların hər ikisi müxtəlif dərəcələrdə Qərb hökumətləri və onların müttəfiqləri tərəfindən tətbiq olunan məhdudiyyətlərə və sanksiyalara məruz qalır. Məqalə müəllifi qeyd edir ki, Vardanyan və Şor Moskva tərəfindən Ermənistanda və Moldovada hakimiyyətə gəlmək üçün göndərilib, belə ki, Rusiyanın Avrasiya bölgəsində təsirini qorumaq məqsədini güdürlər.

Müəllif Vardanyanın əvvəlcə Azərbaycanın suveren ərazisində bir vaxtlar qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimə "dövlət naziri" təyin edildiyini, daha sonra isə Avropayönümlü baş nazir Nikol Paşinyanı devirmək üçün baza kimi istifadə olunduğunu vurğulayır. Şor isə keçən ay Moldovada Avropa İttifaqına üzv olmaqla bağlı referendum üçün 130 min saxta səs maliyyələşdirməkdə ittiham edilir.

Məqalədə onların Kremlin agentləri olaraq Avropa ölkələrindəki siyasi sabitliyə və demokratiyanın inkişafına olan mənfi təsiri ön plana çıxarılır. Hər iki şəxs Rusiyanın geosiyasi məqsədləri uğrunda mübarizənin bir hissəsi kimi təqdim edilir, bu da onların fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar doğurur.

"Vardanyan 4,6 milyard dollar pulu yumaq üçün "Troika Laundromat" adlandırılan bir sistemdən istifadə edib. Bu sistem onun təsis etdiyi "Troika Dialog" adlı özəl bank vasitəsilə idarə olunub. Pul yuma 70 offşor şirkət vasitəsilə həyata keçirilib, bu da onun sərvətini gizlətmək və onu legitimləşdirmək məqsədini güdür", - müəllif bildirir.

Bununla yanaşı, onun Ukrayna tərəfindən sanksiyalara məruz qalması, Kiyevin Vardanyanı Kremlin bir agenti və Rusiyanin müharibə planlarının bir hissəsi kimi görülməsinə diqqət çəkilir.

Vardanyanın fəaliyyəti postsovet məkanında geniş korrupsiya şəbəkələrinin bir hissəsi kimi təqdim olunur. O, qeyri-qanuni yolla əldə etdiyi pulları başqalarına paylayaraq siyasi və iqtisadi gücünü artırıb.

Həm Vardanyan, həm də Şorun maliyyə fırıldağı öz ölkələrinin iqtisadiyyatına ziyan vurduğunu ortaya çıxarır. Məqalə müəllifi Qərb dövlətlərinin bu oliqarxlara qarşı daha sərt sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayır və buna çağırış edir:

"Qərb ölkələri Ukrayna hökumətinin ardınca bu şəxslərə qarşı sanksiyalar tətbiq etməlidir. Əgər Ukrayna Vardanyan kimi Kreml agentinin onun mövcudluğuna təhdid olduğunu düşünürsə, o zaman Qərb də belə düşünməlidir.

Vardanyan müharibə və hərbi işğal, Şor isə seçki fırıldağı vasitəsilə ümumi məqsədə xidmət edir. Bu baxımdan Avropa İttifaqı və ABŞ Moskvanın bu oliqarx agentlərinə qarşı bərabər və sərt tədbirlər görməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri