Vardanyan “Nemezis 2” terror əməliyyatını başladıb İttiham aktı
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində elan olunan ittiham aktında qeyd edilib.
İttiham aktına əsasən, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Fevral 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















