Icma.az
close
up
RU
Vardanyan və digərləri barədə tam ədalətli qərar çıxarılacaq Hüquq müdafiəçisi

Vardanyan və digərləri barədə tam ədalətli qərar çıxarılacaq Hüquq müdafiəçisi

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dünən Bakıda Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
Qeyd edək ki, Azərbaycan dövləti prosesə hüquq çərçivəsində yanaşaraq, məhkəmə önünə çıxarılan erməni milliyyətindən olan təqsirləndirilən şəxslərin tərcüməçi və vəkillə təmin olunması istiqamətində bütün lazımi tədbirləri həyata keçirib. Məhkəmə prosesinin açıq keçirilməsi prosesin düzgün və ədalətli şəkildə aparılacağını, təqsirləndirilənlərin beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə uyğun şəkildə mühakimə olunacağını deməyə əsas verir. Bu isə ona dəlalət edir ki, təqsirləndirilənlərdən hər hansı birininin günahı məhkəmədə sübut olnmazsa, onun bəraət alması barədə müvafiq qərarın veriləcəyi şübhə doğurmur.
Keçmiş deputat, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz QənizadəModern.az-la söhbət zamanı bu mövqeyi bölüşüb:

"Azərbaycan xalqı bunu məhkəməni çoxdan gözləyirdi. Azərbaycan torpaqları işğal edildikdən sonra 30 il müddətində erməni hərbi birləşmələri tərəfindən soydaşlarımıza qarşı saysız-hesabsız cinayətlər törədilib. Şükürlər olsun ki, 44  günlük savaşdan və antiterror əməliyyatı tam başa çatdıqdan sonra cinayətkar dəstənin bir qrup üzvü həbs edilərək Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən istintaqa təhvil verildi. Artıq onların istintaqı tamamlanıb və məhkəmə prosesi başlayıb".
Çingiz Qənizadə bu məhkəmə prosesilə baölı Azərbaycana qarşı xaricdə kampaniya başladanlara çağırış edib:
"Görünən odur ki, beynəlxalq hüquq normalarını tapdalayan, digər dövlətin ərazisinə və suverenliyinə qəsd edən, saysız-hesabsız mülki insanı qətlə yetirən cinayətkarları müdafiə edən, xaricdə erməni lobbisinin təsiri altında olan, ümumiyyətlə Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edən və müəyyən maddi və siyasi maraqlar xatirinə Azərbaycana qarşı qərəzli münasibət bildirən, dünyada səpələnmiş bir qrup erməni və onlara yaxın olan, ermənilərdən bəhrələnən şəxslər, dövlətlər Azərbaycana böhtanlar atırlar. Onlar məhkəmə önünə çıxarılan bu şəxsləri əsir kimi qiymətləndirirlər, onların azad olunmasının tələb edirlər, amma həmin şəxslər bilməlidir ki, bu cinayətlər onların özlərinin ölkələrində baş vermiş olsaydı, onda nələr olardı, hansı tədbirlər görülərdi. Çox təəssüf ki, Xocal soyqırımını törədən, on minlərlə insanı məhv edən, kəndləri, şəhərləri dağıdan, işğal zonasında beynəlxalq hüquq normalarına zidd olaraq vandalizm həyata keçirənləri müdafiə edirlər.
Bu cinayətkarların havadarlarına müraciət edərək demək istəyirəm ki, heç nədən narahat olmasınlar, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir, burada hətta cinayətkarların belə - istər Azərbaycan, istərsə də qeyri-dövlətlərin vətəndaşları olsun, onların hüquqları qanunla qorunur".
Hüququ müdafiəçisi Ruben Vardanyanının məhkəmə prosesini nümunə göstərib:
"Elə Ruben Vardanyanın məhkəməsində gördük ki, o, özünün istədiyi vəkil və tərcüməçi ilə təmin olunub. Çox narahat olmasınlar, bu şəxslər ədalətli mühakimə olunacaq və məhkəmə hansı qərara gələcəksə, onunla da cəzalandırılacaqlar. Bu cəzalandırma prosesi özü də Azərbaycan qanunlarından kənara çıxmayacaq. Sakit otursunlar, haray-həşir qoparmasınlar, çünki bunun heç bir mənası yoxdur. Azərbaycan dövləti qüvvədə olan qanunlara uyğun olaraq bu təqsirləndirlənləri mühakimə edir və cəza da qanun çərçivəsində veriləcəkdir. Günahı olmayanlar aşkar olunarsa, onda təbii ki, digər qanunlar da qəbul olunacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri