Icma.az
close
up
RU
Vardanyana ən ağır cəzanın verilməsini istədilər KONKRET

Vardanyana ən ağır cəzanın verilməsini istədilər KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.

Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: “Onların məqsədi torpaqları işğal etmək idi”.

Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: “Döyüş yoldaşlarımdan biri qucağımda can verdi”.

İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.

Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.

Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. “Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım”, – deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.

“Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar”, – deyə o vurğulayıb.

Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: “Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi”.

Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.

Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Aprel 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri