Icma.az
close
up
RU
Vardanyana təqsirləndirildiyi əməllərə görə ittiham elan olunub

Vardanyana təqsirləndirildiyi əməllərə görə ittiham elan olunub

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Ruben Vardanyan müdafiəçisi ilə məhkəmə zalında danışmaq istədiyini deyib.

Sədrlik edən onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxs müdafiəçisi Emil Babışov ilə danışdıqdan sonra ittiham tərəfi çıxış edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında xatırladıb ki, Vardanyan Ruben Karlenoviçin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bir ilə yaxın müddət ərzində çoxsaylı məhkəmə iclasları keçirilib, sənədlər və sübutlar tədqiq edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib. İttiham tərəfi hesab edir ki, hazırkı proses üzrə təqsirləndirilən şəxsin törədilmiş çoxsaylı cinayət əməlləri üzrə təqsiri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb.

İttiham tərəfi bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində formalaşdırdığı cinayətkar birliyə R.Vardanyanın qoşulana qədər və həmin mərhələdən sonrakı müddətlərdə törədilmiş cinayətlərdən bəhs ediləcək. V.Əliyev deyib: “Bütün bunlar ona görə vacibdir ki, Ruben Vardanyan qeyd edilən cinayətkar birliyə qoşularkən əməlinin ictimai təhlükəliliyini başa düşür, bu cinayətkar təşkilat tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı hansı cinayətlərin törədildiyini bilir, həmin cinayətlərin törədilməsinə növbəti mərhələlərdə davam edirdi”.

Prokuror çıxışının davamında R.Vardanyanın Xankəndi şəhərində yerləşmiş ofisinə baxış keçirilməsi barədə 26.10.2023-cü il tarixli baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərə istinad edərək bildirib: “Həmin sənədlərlə təsdiq edilib ki, təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində cinayətkar birliyə qoşulub”.

Keçirilmiş əməliyyat tədbirləri zamanı V.Vartanovun mütəmadi əlaqə saxladığı R.Vardanyanla “VoMa” terror təşkilatında döyüşçülərin və təlimatçıların hazırlanması, təlimlərin təşkili və bununla da Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı terror aktlarını törətmələri və döyüşlərdə iştirak etmələrinə dair müzakirələr apardıqları, eləcə də bu terrorçu təşkilatın və onların üzvlərinin maliyyələşdirilməsini R.Vardanyanın öz üzərinə götürdüyü müəyyən edilib.

Prokuror bildirib ki, R.Vardanyana elan edilmiş növbəti ittiham Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsi ilə bağlıdır. R.Vardanyan Xankəndiyə gəldikdən sonra onun maliyyələşdirməsi nəticəsində Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistanın işğalından azad etdiyi suveren ərazilərinin hüdudlarında minalanma işləri aparılmağa başlanıb. Onun maliyyələşdirməsi ilə Xankəndi ətrafında hərbi anbarlar təşkil edilib. Həmin anbarlarda onun muzdla saxladığı Ermənistandan gələn hərbçilər, Qarabağdan seçdiyi hərbçilər fəaliyyət göstərib. Anbarlara R.Vardanyan tərəfindən gətirilmiş xeyli sayda silah və döyüş sursatları, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları yerləşdirilib.

Qeyd edilib ki, R.Vardanyana elan edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış növbəti ittiham “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürməsi ilə bağlı olub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışının davamında təqsirləndirilən şəxsə ittiham olunduğu hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirib.

V.Əliyev təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını, irəli sürülmüş bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxsin əməllərinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini məhkəməyə təklif edib.

Təklif olunub ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinə görə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını həbsxanada çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il sentyabrın 27-dən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri