Vardanyandan müharibə açıqlaması: Ermənilərin Qarabağa qayıdışı...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yoxdur”.
Moderator.az xəbər verir ki, bunu erməni politoloq Edqar Vardanyan deyib.
Ekspert bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan arasında dönüş nöqtəsi olub:
“Vaşinqton razılaşmalarını ilin ən yaxşı nailiyyəti kimi qəbul etməliyik. Artıq avqust razılaşmalarından irəli gələn tədbirlərə başlanılıb. Sülh istiqamətində böyük bir addım atılıb”.
Vardanyan qeyd edib ki, sülh Ermənistanda bəzi daxili siyasi dairələr üçün faydalı deyil, çünki sabitliyi gücləndirəcək: “Bu, hakimiyyətin nailiyyətidir, bu dairələr bu hökumətin iqtidarda olmasını istəmirlər. Müxalifətin sülh gündəliyi yoxdur”.
Politoloq Qarabağdan könüllü getmiş ermənilərin geriqayıdışını da mümkünsüz hesab edir: “Müxalifət bu məsələ ətrafında oyun qurmağa çalışır. Qarabağ ermənilərinin qayıtmasından danışırlar, amma bunun necə, hansı şərtlərlə həyata keçirilə biləcəyini demirlər. Bu barədə də gündəlikləri yoxdur”.
(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 31 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















