Vardanyanın arvadı və qohumları Bakıya gəlir? İrəvana mesaj
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ruben Vardanyan həbsxanadan Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana mesaj göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.
O, qarşı tərəfdən Bakıya səfər etməsini xahiş edib.
“Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı o qeyd etdi ki, artıq sizinlə Bakıya səfər etmək imkanını müzakirə edib.Azərbaycan tərəfi bunun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib. Lakin bu təşəbbüs hələ də həyata keçirilməyib.
Xahiş edirəm, sizin və lazım gələrsə, digər erməni əsirlərin qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirəsiniz. Həyat yoldaşım Veronika Zonabend Bakıya səfər etməyə hazırdır”, – deyə Vardanyan bildirib.
Qeyd edək ki, R.Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilib.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:147
Bu xəbər 21 Aprel 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















