Vardanyanın işini onlar araşdıracaq
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çoxsaylı xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilən Vardanyan Ruben Karlenoviçin cinayət işi məhkəmə icraatına götürülüb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, iş Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.
Onunla eyni tərkibdə hakimlər Camal Ramazanov və Anar Rzayev yer alır. İlk iclasın vaxtı açıqlanmayıb.
Zeynal Ağayev Bakı Hərbi Hərbi Məhkəməsinin sədridir. Arayik Hartunyan və onunla birgə ittiham edilən digər hərbi cinayətkarlar da təcrübəli hakim Zeynal Ağayevin sədrliyi ilə mühakimə ediləcək.
Qeyd edək ki, Vardanyan Ruben Karlenoviç barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. O, terrorçuluğu maliyyələşdirməkdə, sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə və digər xüsusilə ağır cinayətlərdə təqsirləndirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















