Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində ortaya çıxan dəhşətli məqamlar “2020 ci ildən sonra…”

Vardanyanın məhkəməsində ortaya çıxan dəhşətli məqamlar “2020 ci ildən sonra…”

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın məhkəmə prosesi davam edir. Sonuncu prosesdə ona ünvanlanmış suallar böyük maraq doğurub.

Belə ki, Qarabağ ərazisində müxtəlif yaş kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi, bu məqsədlə hərbi düşərgələrin yaradılması, müxtəlif fondlar və fiziki şəxslərdən bilavasitə terrorçuluqla bağlı təlimləri maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi” hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, aralarında Azərbaycana qarşı işbirliyinin olması və s. kimi mühüm məsələlər səsləndirilib. Məhkəmədə hazırkı mərhələdə belə fikirlərin səsləndirilməsi onlarda həqiqət payının olmasından xəbər verir.

Məhkəmədə üzə çıxan faktlar hansı proseslərə səbəb ola bilər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər, terrorçuluq, onu maliyyələşdirmə, hakimiyyəti qanunsuz olaraq zəbtetmə, Azərbaycan sərhədlərini qanunsuz olaraq pozmaq və s. kimi cinayətlərdə adı çəkilən şəxslərlə bağlı məhkəmədə bir sıra ciddi məqamlar aşkar olunub:

“Arayik Arutyunyan və “rəhbərlik” etdiyi qruplaşmanın, özlərinə müxtəlif vəzifələr vermiş şəxslərin, Ruben Vardanyanın da məhkəməsində bir sıra gizlinlər aşkar olunmaqdadır. Ermənistana rəhbərlik edən şəxslərin həmin cinayətlərdə əllərinin olub-olmaması müəyyənləşdirilməkdədir. Ruben Vardanyana görə narahat olan Avropa, Rusiya və Ermənistanın əsas məqsədi ortaya çıxır. Onların əsas narahatlığı Vardanyanın ayrı-ayrı banklarda olan pullarıdır. Bu səbəbdən Azərbaycana qarşı əsassız iddialar səsləndirilir”.

Xəyal Bəşirov

Politoloqun sözlərinə görə, Ermənistan törədilən cinayətlərin bir ucunun onlara gedib çıxmasının ifşa olunmasından qorxur:

“Ruben Vardanyan bir sıra güclər, ayrı-ayrı təşkilatlarla, fərdlərlə əlaqəli şəkildə Azərbaycana qarşı cinayətlərin törədilməsində iştirak edib. Onların maliyyələşdirilməsində böyük rol oynayıb. Məhkəmədə Vardanyanın qarşısına qoyulan sualların ciddi əsası var. Çünki bu suallarla bağlı ibtidai istintaq mərhələsində də araşdırma aparılıb. Həmin ittihamlar öz təsdiqini tapdığı üçün prokurorluq bununla bağlı suallar verib. İttihamların məhkəmə istintaqı səviyyəsində aparılması ilə əlaqədar proses davam edir. Azərbaycan həmin şəxslərə qarşı tam ədalətli, şəffaf prosesin baş tutmasına çalışır. Bu növbəti nümunəvi addımdır”.

Xəyal Bəşirov qeyd edir ki, Vardanyana ünvanlanan sualların çoxuna hələ Rusiya vətəndaşlığından imtina edib, Ermənistan vətəndaşlığını qəbul edərək Qarabağa qanunsuz olaraq gəldiyi zaman o, çıxışlarında bir növ cavab vermişdi:

“Guya ermənilər üçün canını belə qurban verməyə hazır olduğunu göstərmək istəyirdi. Bu gün Vardanyana o vaxt müsahibələrində səsləndirdiyi fikirlərə dair suallar verilir. Bütün bunlar əsaslıdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəsi cinayətkar hesab edə bilmərik. Çünki Azərbaycan hüquqi dövlətdir və kiminsə, cinayətkar olması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmalıdır.

Hər kəsə məlumdur ki, adı çəkilən şəxslərin Azərbaycan ərazisində mövcud olmasının özü qanunsuzdur. Onlarım ölkəmizə və xalqımıza qarşı qərəzli yanaşmaları göz önündədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri