Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı FOTOLAR

Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 27-də davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Əliyev övladı Səbuhi Əliyevin Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən öldürüldüyünü bildirib.

Zərərçəkmiş şəxs Seymur Teymurov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin onun ibarət etdiyi avtomobilə düşməsi nəticəsində iki nəfər həlak olub, özü isə yaralanıb.

Digər zərərçəkmiş şəxs Rafiq Əhmədov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Ramil Ələkbərov Xankəndidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını söyləyib.

Mehman Quliyev Kəlbəcərdə düşmən tərəfindən ağır artilleriya atəşinin açılması zamanı qəlpə dəyməsi nəticəsində sağ gözünü itirdiyini deyib.

Rəşad Abdullayev Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən tank əleyhinə raketin atılması nəticəsində xəsarət aldığını bildirib.

Digər zərərçəkmiş şəxslər - Elsevər Nəzərov Ağdərədə, Fəqan Haqverdiyev Ağdam rayonunda, Sirac Niftalıyev Xocalı rayonunda, Nadir Balayev, Rauf Yusifov və Orxan Fərzəliyev isə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Mirsaleh Heydərzadə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Şuşada düşmən tərəfinin atəşi nəticəsində yaralandığını söyləyib. O deyib ki, avtomobillə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən meşəlik istiqamətindən açılan atəş nəticəsində özü və avtomobildə olan digər şəxs yaralanıb.

Zərərçəkmiş şəxs Rahim İbrahimov Ağdərədə düşmən tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib.

Aqil İspərzadə Xocavənd rayonu ərazisində düşmən tərəfindən mərmi atılması nəticəsində xəsarət alıb. Hadisə zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Zərərçəkmiş Ramil Xankişiyev bildirib ki, Ağdərədə kolların arasında düşmənin basdırdığı minanın partlaması nəticəsində özü və Xası Verdiyev yaralanıb. Hadisə zamanı Mirmusa Mehdizadə həlak olub.

Digər zərərçəkmiş şəxs Nemət Rüstəmov Xocavənddə düşmənin açdığı snayper atəşi və atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Ərzulla Tağıyev Xocavənd rayonunda ermənilər tərəfindən minaatandan açılan atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş şəxs Abdulla Əsgərzadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Xocavənddə tibb xidməti avtomobili ilə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin düşərək partlaması nəticəsində özü və Ərzulla Tağıyev yaralanıb. “Həmin vaxt avtomobilin üzərində tibb xidməti maşını olmasını bildirən nişanın olmasına baxmayaraq, onlar bizi atəşə tutdular”, - deyə o qeyd edib.

Zərərçəkmiş digər şəxs Vaqif Xeyrullayev bildirib ki, Laçın rayonunda düşmənin açdığı atəş nəticəsində yaralanıb. Həmin vaxt onunla birlikdə olan Mirtalıb Ağayev həlak olub, Oruc Rzayev və adını xatırlamadığı bir neçə nəfər xəsarətlər alıb.

Mirhüseyn Dostuyev Xocavənddə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində sağ ayağından güllə yarası aldığını deyib.

Zərərçəkmiş şəxslər - Pərviz İskəndərli və Samir Fərzəliyev Xocalı rayonunda yaralanıqlarını söyləyiblər.

Samiq Əliyev Şuşa şəhəri yaxınlığında düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində xəsarət aldığını vurğulayıb.

Emil Cəfərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Tural Dadaşov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib. O qeyd edib ki, həmin vaxt adını xatırlamadığı bir neçə nəfər həlak olub.

Nüsrət Kərimov Ağdam rayonunda düşmən tərəfinin atəşi nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs onunla birlikdə yaralanan şəxslərdən birinin hələ də xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Aslan Əzizov isə diqqətə çatdırıb ki, Ağdam rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində özü, Namiq Zöhrabov və Nüsrət Kərimov müxtəlif növ bədən xəsarətləri alıblar.

Məhəmməd Qəyyumlu və Murad Hüseynov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandıqlarını söyləyib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 May 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri