Icma.az
close
up
RU
Vardanyanın saxlanma şəraiti ilə bağlı Ombudsmandan AÇIQLAMA

Vardanyanın saxlanma şəraiti ilə bağlı Ombudsmandan AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq dövründə, o cümlədən məhkəmə prosesləri zamanı və məhkum olunaraq cəzacəkmə müəssisəsinə köçürüldükdən sonra da olduqları müəssisələrdə görüşlər keçirilmiş, onların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilib.

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb:

"Tərəfimdən, eləcə də Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib. Eləcə də, müraciətləri əsasında müxtəlif dillərdə çoxsaylı bədii ədəbiyyat kitabları onlara təqdim olunub. Həmin şəxslərin hər birinin Ombudsman 916 Çağrı mərkəzinə müraciət imkanı vardır, etdikləri hər bir müraciətə vaxtında və qanuna müvafiq reaksiyalar verilib".

Adı çəkilən məhkumların cəza çəkdikləri müəssisədə saxlanma şəraitərinin müasir standartlara cavab verdiyi, həmin məhkumlara münasibətdə hər hansı bir ayrı-sekilik hallarına yol verilmədiyi, beynəlxaq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının, o cümlədən idman növləri ilə məşğul olmaları, gəzinti və asudə vaxlarının təşkili ilə bağlı hüquqlarının təmin edildiyi tərəfimizdən keçirilən ardıcıl başçəkmələr zamanı müşahidə olunur. Qeyd olunmalıdır ki, cəzaçəkmə müəsisələrinə köçürüldükləri zaman hesablarında vəsaitin olmamasına baxmayaraq, ailə üzvləri ilə telefon danışıqları, informasiyaya çatım imkanları məhdudiyyətsiz təmin olunub.

Eləcə də, adıçəkilən məhkumların notariat və tibbi xidmətlərlə də bağlı müraciətlərinin də qanunvericiliyə uyğun təmin olunduğu tərəfimizdən müşahidə edilmişdir.

Sonuncu dəfə notariat xidməti ilə bağlı Araik Harutyunyanın müaraciəti icra olunmuş və başçəkmə gününə təsadüf etdiyindən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən də bu xidmətin icra olunduğu yerində müşahidə olunmuşdur.

Bunlarla yanaşı, həmin şəxslər tərəfindən Ombudsmana ünvanlanmış əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışları, özləri və vəkilləri tərəfindən ardıcıl olaraq dövlət qurumlarına müraciətləri ilə bağlı məsələlər təmin olunmuşdur.

Ombudsmanın müstəqil olaraq həyata keçirdiyi monitorinq və başçəkmələrin nəticəsi olaraq bildirmək istərdik ki, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətləri törətmələri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin şəxslərin hüquları hər hansı bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir. Bununla bağlı internet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, qərəzli siyasi məqsədlərə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri