Icma.az
close
up
RU
Varis Aytac Məmmədlinin hekayəsi

Varis Aytac Məmmədlinin hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Aytac Məmmədlinin "Varis" hekayəsini təqdim edir.

Çingiz xaricdən qayıdan günü onu qarşılamaq üçün hava limanına mən getmişdim. Biz onunla uşaqlıqdan bəri bir həyətdə böyümüşdük. Çingiz atası-anasını qəza da itirmişdi.Onu nənəsi Validə xanım böyütmüşdü... Validə xanım onu heç nədən korluq çəkməyə qoymamışdı, amma valideynsiz böyümək adamın içində həmişə bir boşluq yaradır lakin buna baxmayaraq Çingiz həmişə o boşluğu gizlətməyə çalışırdı...və o boşluğu çox yaxşı gizlədirdi...
Hava limanından çıxanda Çingiz ətrafa baxdı, sonra mənə baxıb gülümsədi.
– Fərid, elə bil heç nə dəyişməyib, – dedi.
– Dəyişən çox şey var, – dedim, – və maşına minib ordan uzaqlaşdıq...
Evə gəldik, Validə xanım Çingizi görəndə gözləri doldu. Elə ilk gündən də dedi ki, şirkətin idarəsini ona həvalə edəcək. O şirkət adi şirkət deyildi. Toy, nişan, nikah –mərasimlərinin təşkilatçılığını edirdi... amma o şirkətə yalnız varlı ailələr gələ bilirdi... Kasıb adamın yolu ora heç vaxt düşməzdi...
Çingiz nənəsinin sözünü yerə salmadı, razılaşdı. Amma gecə mənimlə tək qalanda dedi:
– Mən bu işin adamı deyiləm. Nə bacararam, nə də həvəsim var. Gəl sən idarə elə.
Əvvəl qorxdum. Dedim ki, üstü açılsa, Validə xanım ikimizi də bağışlamaz. İkimiz üçün də yaxşı olmaz...Amma Çingiz hər zaman ki, kimi arxayın idi və arxayın bir şəkildə dedi ki...
– Şirkətdə bizi tanıyan yoxdur. Sadəcə yer dəyişəcəyik...
Beləcə qərar verdik...Və gözlənilməz bir yola çıxdıq...
İlk iş günü məni müdir kimi təqdim etdi. Özünü də mənim dostum kimi. Maraqlıdır ki, işçilər məni elə ilk gündən sevdilər. Hörmət elədilər. Çingizlə isə rahat-rəvan bir şəkildə zarafatlaşırdılar. Elə bil hər şey öz yerini tapmışdı.
Çingiz ilk gün axşam işçilər üçün balaca yığıncaq təşkil elədi...
İkinci gün isə şirkətə varlı bir iş adamı gəldi. Qızının toyunu bizə tapşırdı. Müqavilə bağladıq. Hər şey rəsmi formada həll olundu...Toy günü gəlib çatdı...Lakin mən gedə bilmədim. Mənim əvəzimə Çingiz özü getdi. Toyda onun keçmiş münasibəti olduğu qızla qarşılaşması aləmi biribirinə qatdı. Operatorlardan biri içkili idi. Toyu çəkmək əvəzinə bütün gecə yalnız gəlini çəkmişdi... Beş mərtəbəli tort isə damını uçurtmuşdular. Hələ bu azmış kimi bəylə gəlinin adını da səhv salmışdılar...Bizimkilər toyu yasa çevirib gəlmişdilər...
Toy bitəndən sonra gəlinin atası bizi məhkəmə verəcəyi ilə hədələdi. Görüntülərə baxanda hamımız şoka düşmüşdük. Bütün toy boyu kamera yalnız gəlini çəkmişdi.
Vəziyyətdən çıxmaq üçün dedim ki, toyu yenidən təşkil edəcəyik, xərclər də bizim şirkət tərəfindən qarşılanacaq...
Bu an Çingiz qəhərmanlıq edib dedi:
– Beş günə toyu yenidən təşkil edəcəyik...
Mən əsəbdən özümə yer tapa bilmirdim... Beş günə nə vaxt çatacaq idi, nə də pul var idi. Üstəlik Validə xanım bilsə bax onda vay bizim halımıza...
Çıxış yolu axtarırdıq.
Elə bu vaxt şirkətə yaşlı, milyoner bir kişi gəldi. Yanında da cavan bir qız. Rəsmi nikah istəyirdilər. Kişinin yaşı çox olduğu üçün başqa yerlər imtina etmişdi. Qız dedi ki, əgər nikahı təşkil etsək, böyük məbləğdə pul verəcək.
Mən razı olmadım. Çingiz isə hər zamanı ki kimi dilini dinc sağlamadı və razı oldu.
Çingiz köhnə tanışlarından istifadə eləyərək xəstəxanadan saxta arayış düzəltdirdi. Və o arayışda kişinin sağlam olduğu yazılmışdı. Nikah bizim şirkətdə oldu. Pulu aldıq. Həmin pulla yasa çevirdiyimiz toyu yenidən etdik, fikirləşdik ki, hər şeyi həll eləmişik..O toyu eləyəndən sonra elə rahat nəfəs alırdıq ki....
Ertəsi gün Validə xanım şirkətə gəldi. Amma yuxarıda onun başını qatmağa çalışırdıq..Çünki aşağı düşsəydi, bizim saxtakarlığımızın üzə çıxacaqdı...
Elə bu vaxt aşağıda səs-küy qopdu. Qoca kişinin qızı gəlib atasını cavan qızla necə evləndirdiyimizi qışqıra-qışqıra deyirdi. ..
Qoca kişinin qızı səs-küy salandan sonra vəziyyət lap qarışdı. Validə xanım hələ yuxarıda otağında idi. Aşağı düşməsin deyə ilan kimi dəridən- qabıqdan çıxırdıq. Amma elə şeylər var ki, nə qədər gizlətsən də, axır-əvvəl üzə çıxır...
Qadın sakitləşmədi. Dedi ki, ya bu nikahın saxta olduğunu sübut edirsiniz, ya da hamınızı məhkəməyə verirəm. Şirkət də bağlanacaq, adınız da batacaq.
Məcbur qaldıq.
Nikahın saxta olduğunu sübut etdik. Kağızlar ortaya çıxdı. Xəstəxana arayışı ləğv olundu. Qoca kişi nikahının pozulduğunu biləndə bir kəlmə də danışmadı. Sadəcə başını aşağı salıb çıxdı getdi....
Biz elə bildik hər şey bununla bitdi.Bütün məsələni həll eləmişik...Amma sən saydığını say, gör fələk nə sayır...
Amma yaşlı kişini tora salıb onunla evlənmək istəyən qız ertəsi gün gəldi. Bu dəfə sakit idi. Oturdu və dedi:
– Pulumu geri istəyirəm.
Pul yox idi.Çünki biz bütün pulu o biabırçılığı örtmək üçün xərcləmişdik.
Qız ayağa qalxıb dedi:
– Onda sizdən başqa bir şey istəyəcəm...
Çingizlə biribirimizə baxdıq...Həmin an qızın yox olmağı üçün hər şeyimizi verərdik...Amma qız elə bil əzrayılın rəsmi nümayəndəsi idi...Qıpqırmızı da bir don geyinmişdi ki, gəl görəsən...Və qız boğuq səsi ilə qəfildən dilləndi...
– Çingiz mənimlə rəsmi nikaha girəcək. Əgər dediyimi eləməsiniz şikayət edəcəm.sizə cəmi bir gün vaxt verirəm...sabaha qədər fikirləşib qərarınızı verin...
Çingiz bir anlıq mənə baxdı. O baxışda qorxu da var idi, peşmançılıq da. Qız sözünü deyib getdi... Çingiz çaşqın halda dedi...

– Nənəm bilsə…bizi sürgün eləyəcək...
Biz əlacsız qalıb qərarımızı verdik və səhəri gün nikah mərasimi oldu.
Çingiz evləndi. Heç toy zad olmadı. Sakit, səssiz. Elə bil kimsə onun həyatını əlindən alıb başqa bir adama vermişdi.
Bir həftə sonra Validə xanım şirkətə gəldi.
Bu dəfə onu saxlaya bilmədik.
Aşağı düşdü. İşçilərin üzünə baxdı. Sonra mənə baxdı. Sonra Çingizlə göz-gözə gəldi. Sən demə Validə xanım ora gələndə artıq hər şeyi bilirmiş...
– Bu nə oyundur oynayırsınız? – dedi.
Susduq.
Hər şeyi bildi. Hər şeyi.
Yer dəyişməni də, saxta nikahı da, yasa çevirdiyimiz toyu da... Çingiz ilk dəfə idi ki, nənəsinin qarşısında başını aşağı salıb danışa bilmirdi.
Validə xanım yalnız bir cümlə dedi:
– Mən sənə inandım , sənə şirkət verdim, amma sən hər şeyi riskə atdın...
Elə həmin gün məni müdirlikdən kənarlaşdırdı. Çingizi isə evdən çıxartdı.
Bir ay keçdi.
Şirkət bağlanmadı. Amma əvvəlki kimi də olmadı. Validə xanım özü idarə etməyə başladı. Mən isə başqa yerdə iş tapdım. Çingizlə az-az görüşürdük.
Bir gün Çingiz gəlib dedi:

– Qızdan ayrıldım.
Kişiləri balıq kimi tora salan qız özü çıxıb getmişdi. Demişdi ki, istədiyini hər şeyi alıb.... pulunu da alıb, qisasını da...
Çingiz yenə tək qalmışdı.
Validə xanım isə aylar sonra Çingizi yenidən evə çağırdı. Dedi:
– Səhv eləmisən, amma dərs almısansa, bəsdir.
Mən o gün başa düşdüm ki, bu hekayədə uduzan da var idi, qazanan da.
Amma ən çox uduzan yalan idi.
Biz rolları dəyişəndə hər şeyi idarə etdiyimizi sanırdıq, amma həyatın planı həmişə bizdən bir addım qabaqda idi...

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı 50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Aprel 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1082

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see325

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see234

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see175

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see172

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see161

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see159

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see158

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see157

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see156

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see156

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see154

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see152

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri